Bakı hava limanında kütləvi dava:yaralananlar var
29-04-2013, 09:00
Oxunub: 5 378
Azərbaycanda aeroportda naxçıvanlılar dalaşdı
Bir qrup şəxs polis idarəsinin növbətçi hissəsinə hücum edərək saxlanılanların sərbəst buraxılmasını tələb ediblər
Heydər Əliyev Beynəlxalq Aeroportunda kütləvi dava olub. Hava Nəqliyyatında Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Naxçıvan terminalında qeydə alınıb.
Naxçıvan sakinləri arasında düşən davada 1 nəfər bıçaqlanıb. Ərazidə xidmət aparan polis əməkdaşları dava iştirakçılarını saxlayaraq idarəyə aparıblar. Bu zaman daha bir qrup şəxs polis idarəsinin növbətçi hissəsinə hücum edərək saxlanılanların sərbəst buraxılmasını tələb ediblər.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları gəlib.
Həyata keçirilən tədbirlər nəticəsində insident törədən şəxslərin hamısı saxlanılıb. Onların sayı və adı açıqlanmır.
Hazırda faktla bağlı araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər