Moskvada azərbaycanlı adam oğrusu öldürülüb
29-04-2013, 12:00
Oxunub: 5 453
O, öz həmvətənini girov götürübmüş
Moskva vilayətində keçirilən xüsusi əməliyyat nəticəsində girov götürülmüş 20 yaşlı azərbaycanlı azad edilib.
apa-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, Moskvadakı restoranlardan birinin sahibinin oğlu, 20 yaşlı azərbaycanlı aprelin 18-də qaçırılıb. İki saat sonra onun atasına zəng vuran naməlum şəxslər oğlunun azadlığa buraxılması üçün 700 min dollar tələb ediblər.
Rusiya DİN Baş İdarəsi girovun azadlığa buraxılması üçün aprelin 25-dən 26-na keçən gecə Moskva vilayətinin Naro-Fominsk rayonunun Aprelevka şəhərində xüsusi əməliyyat keçirib.
Əməliyyat zamanı azərbaycanlını girov saxlayan mütəşəkkil cinayətkar qruplaşmanın rəhbəri, Bakıda anadan olmuş, 1952-ci il təvəllüdlü Mirzəyev Rafiq Canbaxış oğlu polislərə aktiv müqavimət göstərdiyi üçün öldürülüb. Dəstənin digər üç üzvü isə həbs edilib.
Öldürülən şəxsdən “Makarov” tapançası, 16 güllə və səsboğucu qurğu götürülüb. Girovun saxlandığı evə keçirilən baxış zamanı “AK-47” avtomatı və daha bir tapança aşkarlanıb.
Rafiq Mirzəyev əvvəllər adam oğurluğuna görə saxlanıb və bir neçə dəfə məhkumluq həyatı keçirib. O, 2010-cu ildən analoji cinayətlərə görə federal axtarışda olub.
Faktla bağlı təhqiqat davam edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər