Korrupsiyanın “yol nişanı”: Niyə BNA buna aydınlıq gətirmədi? - İTTİHAM
30-12-2019, 13:19
Oxunub: 5 194
Bakı Nəqliyyat Agentliyinin 2020-ci ildə Bakıda piyadalar üçün quraşdıracağı yol nişanının birinin 1840 manata başa gəlməsi ciddi müzakirələrə səbəb olub.
Almaniyadan 30 dəfə, Rusiyadan isə düz 70 dəfə baha qiymətə alınan nişanlarla bağlı BNA-nın aydınlıq gətirmək üçün açıqlama yaysa da, ümumi sözlərdən o tərəfə keçməyib və bir nişan üçün niyə bu qədər pul xərcləndiyi açıqlanmayıb.
Korrupsiyanın “yol nişanı”: Niyə BNA buna aydınlıq gətirmədi?
Mövzu ilə bağlı BakuPost-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, dövlət büdcəsindən maliyyələşdirilən istənilən maliyyə əməliyyatları və satınalmalarının kalkulyasiyası olmalıdır:
“Maya dəyəri hesablanmalı və maya dəyəri məntiqə və mövcud şərtlərə uyğun şəkildə hesablanmalıdır. Maya dəyəri hesablandıqdan sonra sifarişlə bağlı ya tender elan olunur, ya hazırlanması üçün şirkətlərlə daxili müqavilələr bağlanır. Bundan sonra da büdcədən ayrılan vəsaitin xərclənməsi ilə əlaqədar sonda hesablama palatası rəy verməlidir. Azərbaycanda bu praktika çox geniş yayılmadığından, dövlət idarələri istənilən qiyməti qoya bilir, istədikləri qiymətlə müqavilələr bağlaya bilirlər. Bu da olduqca çox pis praktikadır və korrupsiyaya yol açan əsas faktorlardan biridir. Ona görə də ilkin olaraq kalkulyasiya aparılmalıdır. Ən məntiqi və qanunların tələb etdiyi yol budur”.
N.Cəfərli bildirib ki, bir yol nişanının 1840 manata alınması absurddur:
“Sifarişçi təşkilat bunu izah etməlidir ki, nəyə görə bu qiymətə müqavilə bağlayıb. Yol nişanı qızıldan deyil ki, bu qiymətə də təyin olunsun. Belə bir qiymətin olması mümkün deyil”.
Yol-nəqliyyat eksperti Elməddin Muradlı da hesab edir ki, bu məntiqlə respublika yolları üçün tələb edilən bütün yol-nişanlarının alınmasına dövlət büdcəsinin yarısı sərf edilməlidir:
“Əslində, Bakı Nəqliyyat Agentliyi bununla bağlı açıqlama yayıb. Ancaq bu açıqlamada hər şeyi tam detallı izah etməyib. Yaxşı olardı ki, qaranlıq qalan bütün məqamlara qurum özü aydınlıq gətirsin. BNA-nın verdiyi yeganə açıqlama budur ki, bu nişan digərlərindən fərqlidir. Ancaq təbii ki, ilk baxışdan hətta fərqli olsa belə, bir yol nişanı üçün ödənilən məbləğ həddən artıq çoxdur, xüsusilə də əgər Avropada bunun daha ucuz variantları varsa.
Azərbaycanda təxminən respublika üzrə 20-30 min yol-nəqliyyat nişanı çatışmır. Bu nişanları bu qiymətdən hesablasaq, onda gərək dövlət büdcəsinin yarısını yol nişanlarına xərcləyək. Hesab edirəm ki, yerli şirkətlərdən bir yol nişanının alınması bu qədər baha qiymətə başa gəlirsə, bu nişanı xarici ölkələrdən sifariş verib ölkəyə gətirmək daha məqsədəuyğun olar”.
Xatırladaq ki, Dövlət satınalma reyestrinə əsasən, BNA dekabrın 24-də "MG Construction” MMC ilə bu nişanların alınması üçün müqavilə imzalayıb. Müqavilənin ümumi dəyəri 920 min manatdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər