BolgeXeber.Com » Gündəm » BDYP-də korrupsiya tüğyan edir

BDYP-də korrupsiya tüğyan edir

29-04-2013, 18:15
Oxunub: 4 938 Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi nədən bu qurumun özbaşınalıqlarına susur?
Bir neçə gün öncə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, generlar-mayor Ramiz Zeynalov rəhbərlik etdiyi qurumda yeni korrupsiya ocaqları yaradığı barədə məlumat vermişdik. Məlumatlarda bildirilirdi ki, sürücülərin ünvanına göndərilən bildirişlər əsasında cərimələrin ödənilməsinə görə, DİN-nin Dövlət Yol Polisi İdarəsinin, YPXA-nın xüsusi tağımının komandiri, polis mayoru Xəqani Səlimovun 402-ci otağında soyğunçuluq baş verir. Xüsusilə bildirişlərə əsasən cərimələrini ödəməyə gələn sürücülərdən Xəqani Səlimov əlavə rüşvət tələb edir. Əks halda isə sürücülər bürokratik əngəllələrə, sürüdürməçiliyə məruz qalırlar. Pulunu artıqlaması ödəyənlər isə Xəqani Səlimovun xeyir duası ilə 402-ci otağı tərk edirlər.
Bu gün isə BDYP-nin korrupsiya ərazilərini genişləndirməsi barədə "AzeriNews.org"a yeni məlumatlar daxil olub. Məlumatlara görə, BDYP-də nəqliyyat vasitələrinin uçotu və qeydiyyatı, texniki baxış keçirilməsi, sürücülük vəsiqələrinin və xüsusilə də dövlət nömrə nişanlarının verilməsində Ramiz Zeynalovun yaratdığı "hörümçək torunda" müxtəlif tariflər müəyyən olunur. Bu barədə redaksiyamızı bilgiləndirən mənbə qeyd edir ki, Respublika Baş Dövlət Yol Polisi İdarəsində nömrələrin qiymətinin oradakı rəqəmlərin düzülüşü və hərflərdən asılı olaraq qiymətlər müxtəlif istiqamətdə dəyişir. Məsələn, müxtəlif hərflərlə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrinə görə dövlət rüsumu 1500 manat və bu rəqəmlərlə olan nömrədə hərflər eynidirsə, qiyməti 2500 manat olduğu halda 7000-8000 min manata arasında satılır. Əks halda isə bu nömrə arzusunda olan sürücülərə rədd cavabı verilir. 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrinə gəlincə və hərflərin eyni olduğu halda 1500 manat olduğu halda həmin nömrələr 4000-5000 min manat civarındadır. 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrində hərflər müxtəlifdirsə, dövlət rüsumu 500, eynidirsə, 1000 manat olduğu hlada bu dövlət nömrə niçanları da 2500-3000 min manat arasında dəyişir. Qalan bütün nömrələr üçün dövlət rüsumu 18 manat alduğu halda isə dövlət nömrə nişanları 150-200 manatadır. Nömrə alverinin arxasında isə Ramiz Zeynalovun sağ əli sayılan Müşviq adlı şəxsin dayandığı bildirilir.
Mənbə məsələ ilə bağlı bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsində tüğyan edən korrupsiya ocaqlarının fəaliyyəti ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi kifayyət qədər məlumatlıdır. Lakin bu günə kimi nədənsə qurumda hər hansı bir korrupsioner məmur saxlanılmayıb. Belə çıxır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi BDYP-də əməliyyat keçirməyə risk etmir. Hətta Korrupsiyaya qarşı Mübarizə İdarəsinin qaynar xətinnə belə BDYP-dən şikayət olunduğu halda buna məhəl qoyan olmur.