112 saylı Qax Seçki Dairəində MÜDHİŞ SAXTAKARLIQ
12-01-2020, 12:52
Oxunub: 5 001
Lətif Nurməmmədov şok faktlar yaydı
112 saylı Qax Seçki Dairəindən Qum bələdiyyəsinə namizəd Nurməmmədov Lətif Bədrəddin oğlu bələdiyyə seçkiləri ilə bağlı şok faktların üstünü açıb.
İxa.az xəbər verir ki, Qax rayonunda, Qum bələdiyyəsinə namizəd Nurməmmədov bu barədə sosial şəbəkədə prezidentə və media nümayəndələrinə müraciət edib.
Həmin müraciəti oxuculara olduğu kimi təqdim edirik:
"Mən 112 saylı Qax Seçki Dairəindən Qum bələdiyyəsinə namizəd Nurməmmədov Lətif Bədrəddin oğlu. Ölkəmizdə gedən ishatlarda mənim də töhfəm olsun deyə bələdiyyə seçkilərində namizədliyimi irəli sürdüm. Təbliğat-təşviqat prosesini aktiv şəkildə apardım. Qum bələdiyyəsinə daxil olan Qum, Çınarlı, Süskənd və Fıstıqlı kəndlərində seçicilərlə görüşdüm. Ev-ev gəzib namizəd kimi özümü tanıtdım. İnsanların rəğbətini və dəstəyini qaandım. Qum bələdiyyəsi ərazisində yerləşən 23, 24, 25, 26 və 58 saylı məntəqələrə öz müşahidəçilərimi təyin etdim.Seçki günü məntəqələrdə fasiləsiz müşahidə apardıq. Seçki prosesində hər hansı qanun pozuntusu müşahidə etmədim. Ancaq müşahidəçi kimi 23 saylı məntəqədə olan komisiyaya da təqdim etdiyim qeyddə də qeyd etdiyim kimi protokolları məntəqə sədri təqdim etməkdən imtina etdi. Təkidlə istəməyimizə baxmayaraq nə mənə, nə də müşahidəçilərimə protokollar təqdim edilmədi. Səhər DSK-dan əldə etdiyim protokollarda bəzi namizədlərin səslərinin şişirdirildiyini gördüm. Özümün müşahidəçi olduğum 23 saylı məntəqədə səs sayımı zamanı telefonumun səs qeydedicisi açıq idi. Bütün səs sayma zamanı səslər yazılıb. Eyni zamanda səslərin bəzi namizədlərin xeyrinə şişirdilməsi prosesi 24 və 58 saylı məntəqələrdə də baş verib. 24 saylı məntəqədə səslər sayıldıqdan sonra müşahidəçimiz məntəqə sədrinin əlindəki ilkin səslərin qeyd olunduğu vərəqin şəklini və video görüntüsünü çəkmişdir. Ancaq protokoldakı səslərlə komisiya sədrinin əlindəki vərəqdəki səslərin sayı uyğun gəlmir. 58 saylı məntəqədə də səslər digər məntəqələrdə olduğu kimi bəzi namizədlərin xeyrinə şişirdilib. Qeyd etdiyim səs yazması, video görüntülərin əlimdə olmasına baxmayaraq səsimizi lazımı yerlərə çatdıra bilmirəm. DSK- dan mənim ərizəmə tam əlaqəsiz cavab verilib.
Sizlərdən xahişim bu sübutları göz önünə alaraq mənim əlimdən alınmış bələdiyyə üvlüyümün mənə qaytarılmasına köməklik edəsiniz. Saxtakarlıq etmiş komisiya sədrlərinin və üvlərinin qanunsuz əməllərinin ifşa edilməsinə köməklik edəsiniz..!"




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər