BolgeXeber.Com » Gündəm » Sayt rəhbərinə BDYPİ-i tənqid etdiyinə görə hədə-qorxu gəlinib

Sayt rəhbərinə BDYPİ-i tənqid etdiyinə görə hədə-qorxu gəlinib

30-04-2013, 17:40
Oxunub: 5 399 Ramiz Zeynalov BDYPİ-də yeni Hacı Məmmədov "bandası" yetişdirib
Ölkənin ən çox korrupsiyaya bulaşmış qurumlarından biri olan Baş Dövlət Yol Polisi İdarəsində (BDYP) Ramiz Zeynalovun səyləri nəticəsində yeni Hacı Məmmdov "bandası" yetişib. Bu barədə "AzeriNews.org" saytının rəhbəri Fikrət Fərhadoğlunun bildirdiyinə görə, son vaxtlar saytımızda BDYP-də baş verən korrupsiya halları barədə dərc edilən yazılar sözü gedən qurumun yüksək vəzifəli şəxslərini qəzəbləndirib. Fikrət Fərhadoğlu ilə əlaqə saxlayan Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev baş redaktora daxili işlər naziri Ramil Usubovun adından hədə-qorxular gəlməyə başlayıb."Mənə Kamran Əliyev zəng vuraraq saytımızda Dövlət Yol Polisi ilə bağlı yazıların dayandırılmasını tələb etdi. Hətta lazım gələrsə Kamran Əliyev Ramil Usbovun "dabrosu"nu alaraq məni öldürtürə biləcəyini də gizlətmədi". Fikrət Fərhadoğlu daha sonra qeyd edir ki, Kamran Əliyev əslində Ramil Usubovun adından istifadə edir və bu cür hərəkətləri ilə daxili işlər nazirinin adına ləkə gətirir. "Kamran Əliyevin əsl cinayətkar kimi danışması məndə həddən artıq çox təəsüf doğurur. Təəsüflər oslun ki, Daxili İşlər Nazirliyində belə kadırların yetişməsi sonda cənab nazir Ramil Usubovu hədəfə gətirir. Mən inanmıram ki, Ramil Usubov media nümayəndəsinin qətlinə dair, Kamran Əliyevin dili ilə desək "dabro" versin. Kamran Əliyev sadəcə Ramil Usubovun adından istifadə edir. Görünür BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev dövlət başçısı İlham Əliyevin bir müddət əvvəl məmurların ünvanına kəskin işlətdiyi "qudurğan" ifadəsini unudub".