Vilyam Hacıyev namizədlərə açıq şəkildə təzyiqlər edir - İddia
20-01-2020, 20:08
Oxunub: 7 198
Təzyiqə məruz qalan namizədlər bu günlərdə bəyanatla çıxış edəcəklərini bildiriblər...
Prezident İlham Əliyevin parlament seçkiləri ilə bağlı çıxışından və demokratik seçkilərin keçirilməsi tələbi ilə bağlı bəyanatından sonra yüzlərlə insan seçkilərə qatıldı. Mərkəzi Seçki Komissiyası isə insafən imza toplayan əksər namizədləri qeydə aldı. Bu günə qədər də seçki prosesi normal keçir. Amma bu normallıq, Prezidentin tövsiyyələri deyəsən İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevə aid deyil.
Belə ki, PİA.az-a daxil olan məlumatda göstərilir ki, Vilyam Hacıyev köhnə zamanlarda olduğu kimi yenə də seçki prossesinə kobud şəkildə müdaxilə etməkdədir. Daxil olan məlumatda dünəndən başlayaraq Vilyam Hacıyevin deputatlığa namizədlərə təzyiqlər etdiyi bildirilir. Əldə etdiyimiz məlumata görə Vilyam Hacıyev deputatlığa namizədlərin yaxınlarını yanına çağıraraq şantaj edir və namizədlikdən imtina etmələrini tələb edir. Bu namizədlər sırasında Tapdıqov Taleh Eyvaz oğlunun adını çəkə bilərik.
Məlumatda qeyd edilir ki, təzyiqə məruz qalan digər namizədlər bu günlərdə bəyanatla çıxış edəcəklər.
Çox maraqlıdır ki, Vilyam Hacıyev deputatlığa namizəd olan və Əli Həsənovun kadrı kimi tanınan Razi Nurullayevi açıq şəkildə dəstəkləyir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər