BolgeXeber.Com » Gündəm » Hacıbala Abutalıbovun yaşadığı məhəllədə cinayətkarlığ baş alıb gedir

Hacıbala Abutalıbovun yaşadığı məhəllədə cinayətkarlığ baş alıb gedir

2-05-2013, 16:30
Oxunub: 5 574 Şəhər meri Hacıbala Abutalıbovun və Bakı şəhərinin baş əməliyyatcısının yaşadıqı həyətdə cinayətkarlıq baş alıb gedir. Təəcüblüdür ki,dediyimiz unvanda, yəni Nəsimi rayonu Topcubaşov küçəsində aktiv fəaliyyət göstərən cinayətkarlar elementləri ərazidə yüksək vəzifəli məmurların yaşaması qətiyyən narahat etmir.

Bu çox güman ondan irəli gəlir ki,əraziyə cavabdeh olan 20 –ci polis bölməsinin rəisi və əməkdaşları,eləcə də Nəsimi Rayon Polis idarəsi hələ də qiş yuxusundan ayılmayıblar.Ərazidə kriminogen vəziyyət son dərəcədə acınacaqlı olduğundan sakinlər evlərindən çölə çıxmağa belə ehtiyat edirlər.

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Elxan muəllimin həyətinin girəcəyində adı “çayxana” olan, ancaq faktiki olaraq “gecə klubu” kimi fəaliyyət göstərən obyekt artıq çinayətkar ünsürlərin, əxlaqsız şəxslərin yuvasına çevrilib.

Nə dövlətin ganunlarına ,nə də mənəvi dəyərlərə riayət etməyən, kriminal meylli qrupların yığışdığı bu məkan , artıq onlar üçün ofisə dönüb ki,burada onlar rahatca gecə ovlarının planlarını cızırlar. Demək olar ki,hər gecə orda axırı qanla qurtaran dava-dalaş baş verir.
Bundan başqa həmin 20 –ci polis bölməsinin ərazisində yerləşən həyətdə hər gecə bahalı avtomobillər, şuşələri vəhşicəsinə sındırılaraq qarət olunur. Bu cür hadisələr 20 -ci polis bölməsinə 2 aydır ki,təyin olunan rəis üçün artıq adi hala cevrilib. Xatırladaq ki, 20-ci polis bölməsinin rəisi Nəsir Babayevin atasi Fikrət Babayev konstitusiya məhkəməsində hakim işləyir

Dəhşətli orasıdır ki,hətta bölmədə vətəndaşların şikayət ərizəsini də bölmədə gəbul etmirlər ki,bu sonra onların üstündə açılmamış cinayət kimi qalmasın.Aydındır ki,açlmamış cinanyətlər çox olduğu təqdirdə kolleqiya iclasında Cənab Ramil Usubov Nəsimi rayonunun polis idarəsinin rəisi, DİN-nin kecmiş komendantını ayaga galdirib danlaq obyektinə çevirəcək, o rəis də təbii ki,öz növbəsində oxu çevirəcək bölmə rəisinin üstünə.

Bölmə rəisinin isə ərazisində bahalı avtomobillərə hər gecə minlərlə manat ziyan vurulması faktları heç vecinə də deyil. Onun heç vecinə də deyil ki, cinayəti gizlətmək özü də bir cinayətdir. Sakinlər deyirlər ki, əgər Bakı şəhərinin baş əməliyyatcısı yaşayan həyətdə belə cinayətlər törədilirsə və yerli məmurlar buna goz yumursa demək onlar məcburdular ki,məsələ ilə bağlı şəxsən cənab Ramil Usubova müraciət etsinlər.

Yox,əgər bu halda da məsələyə reaksiya verilməzsə və problem öz həllini tapmazsa ,onda onlar artıq Cənab Prezidentə müraciət edəcəklər.
Sakinlərin istəyi odur ki,onların təhlükəsizliyi təmin olunsun,ərazidə at oynadan cinayətkar ünsürlər həbs olunaraq cəzalarına çatsınlar və camaatın narahatçılığına səbəb olan adıçəkilən obyekt də qanun çərçivəsində fəaliyyət göstərsin.

Sonda onu da qeyd edək ki,polis əməkdaşları artiq dərk eləməlidirlər ki,onların dövlətdən aldığı maaş vətəndaşlardan tutulan vergi hesabına verilir və buna görə də vətəndaşların hüquqlarını vicdanla qorumaq, sakitçiliyi ,əmin-amanlıgı təmin etmək onların birbaşa vəzifə borcudur.

Qafqazregion.az