Masallı rayon prokurorluğunda tədbir keçirilmişdir
3-05-2013, 19:30
Oxunub: 12 437
Baş prokurorluğdan Bolgexeber.com-a daxil olan məlumata görə Azərbaycan Respublikası Baş Prokurorluğunun Tədbirlər Planına müvafiq olaraq Baş Prokurorluq tərəfindən mayın 2-də Masallı rayon prokurorluğunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə bölgə prokurorluqları əməkdaşlarının, həmçinin Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədrinin iştirakı ilə seminar-məşğələ keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edərək rayonun mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoymuşlar.
Seminar-məşğələdə Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov Azərbaycan xalqının tarixində və taleyində silinməz iz qoyan böyük şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmış müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkül tapması, dövlət quruculuğu istiqamətində əldə edilmiş yüksək nailiyyətlər, məhkəmə-hüquq islahatları çərçivəsində həyata keçirilmiş tədbirlər, həmçinin Azərbaycan Prokurorluğu orqanlarının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində görülmüş işlər barədə geniş məruzə ilə çıxış etmişdir.
Masallı rayon prokuroru Fikrət Əsgərov, YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev və digər natiqlər Heydər Əliyev irsi, onun həmişəyaşar ideyaları, Azərbaycan dövləti və xalqının xoşbəxt gələcəyi naminə gördüyü işlər barədə çıxış etmişlər.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər