Göyçayda kanalda meyit tapılıb
4-05-2013, 11:25
Oxunub: 5 002
Yuxarı Şirvan kanalında batan Ağdaş sakininin meyiti tapılıb.
Rayon Polis Şöbəsindən verilən məlumata görə, Ərəb kənd sakini 1968-ci il təvəllüdlü İbrahim Şirəli oğlu Məmmədov aprelin 28-də evdən çıxaraq geri qayıtmayıb.
İ.Məmmədovun yaxınları polis şöbəsinə ərizə ilə müraciət edərək onun Yuxarı Şirvan kanalına düşərək boğulması barədə də məlumat veriblər. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı kanalın kənarından İ.Məmmədovun mağazadan aldığı qida məhsulları tapılıb. Ehtimal olunur ki, o, içkili halda kanalın üzərindəki qaz xəttinin üstü ilə kanalın bir tərəfindən o biri tərəfinə keçərkən ehtiyatsızlıqdan suya düşərək boğulub.
Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıcları aprelin 28-də Yuxarı Şirvan kanalında axtarışlara başlayıblar. Bununla əlaqədar kanalın suyu Mingəçevir Su Anbarından xeyli azaldılıb. Axtarışlardan sonra İ.Məmmədovun cəsədi bu gün saat 10:30 radələrində tapılıb. Dalğıclar onun meyitini suya düşdüyü yerdən 15 km aralıda, Göyçayın Qarabağlar kəndi ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Hazırda Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. İ.Məmmədovun intihar etməsi və ya ehtiyatsızlıq səbəbindən kanala düşərək boğulması faktı araşdırılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər