Keçmiş OMON-çular ədalətli qərar istəyirlər
6-05-2013, 10:40
Oxunub: 4 751
80 ömürlük məhbus Əli Hüseynlinin təklifinə baxılacağına ümidlidir
Aclıq aksiyası keçirən məhbusların cəzalarına yenidən baxılması məsələsi açıq qalır. Qobustan həbsxanasında cəza çəkən, ömürlük azadlıqdan məhrum olunmuş 80 məhbus intizarla parlamentin komitə sədri Əli Hüseynlinin bir müddət öncə səsləndirdiyi fikrin qanunda əks olunacağı günü gözləyirlər. Ə.Hüseynli ötən il ömürlük məhbusların cəzalarının dəyişdirilərək 15 illə əvəz olunması xahişinə baxıla biləcəyini söyləmişdi.
Lakin bu günə qədər məsələ açıq qalıb.
Nəzərə çatdıraq ki, hazırda ömürlük məhkumlar cəzalarına yenidən baxılması tələbi ilə aclıq aksiyası keçirirlər.
Bu həbsxanada əvvəllər də eyni tələblərlə aksiyalar keçirilib. Məhbuslar dəfələrlə dövlət başçısı İlham Əliyevə də həyatlarını dəyişəcək məsələnin həlli üçün müraciət ediblər.
Bu yaxınlarda isə vəkil Elçin Sadıqov Qobustan həbsxanasında saxlanılan, ömürlük həbs cəzası almış keçmiş OMON-çular Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun əfv olunmaları üçün prezident İlham Əliyevə və Əfv Komissiyasına müraciət edib. Bununla bağlı qəzetimizə açıqlamasında vəkil demişdi ki, OMON-çuların işi ilə bağlı ədalətli məhkəmə araşdırması aparılmayıb: “Bundan başqa, həmin vaxt qanunda ölüm cəzasının 15 və ya 20 ilə qədər əvəzlənməsi məsələsi var idi. Yəni OMON-çuların cəzası ömürlüklə əvəzlənə bilməzdi. Məhkəmələr ölüm hökmü ləğv olunanda səhv olaraq OMON-çuların cəzasını ömürlüklə əvəz ediblər. Həmin qərar qanunsuz olub. Məhkəmələr həmin qərarı verərkən 10 fevral 1998-ci il tarixli qanuna istinad ediblər. Həmin qanun isə 10 sentyabr 2000-ci ildə qüvvədən düşüb. Yəni həmin qərar ləğv olunmuş qanunla verilib”.
Vəkil 18-ci ildir həbsdə yatan OMON-çuların həbsi ilə bağlı Avropa və Azərbaycan Ali Məhkəməsinə müraciət etdiklərini də xatırlatmışdı. Ümumiyyətlə isə illərdir dartışılan bu məsələnin həlli çox böyük bir humanist addım hesab oluna bilər. Çünki ömürlüklərin böyük əksəriyyəti cəmiyyət və dövlət üçün heç bir təhlükə kəsb etmirlər. Onlar müraciətlərində etdiklərindən səmimi peşman olmalarını dəfələrlə vurğulamaqla islah yoluna qədəm qoyduqlarını da bəyan edirlər.
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes
- 11-11-2024, 12:41 : Serdar Ortaç axtarlşa verildi
Şou-Biznes
- 13-11-2024, 13:30 : Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu
Şou-Biznes