BolgeXeber.Com » Gündəm » Əyilə - əyilə deputat olan Elman Nəsirovun da saxtakarlığı üzə çıxdı - nəticələri ləğv edildi?

Əyilə - əyilə deputat olan Elman Nəsirovun da saxtakarlığı üzə çıxdı - nəticələri ləğv edildi?

13-02-2020, 22:17
Oxunub: 13 595
Əyilə - əyilə deputat olan Elman Nəsirovun da saxtakarlığı üzə çıxdı - nəticələri ləğv edildi?
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizəd Elman Nəsirovun nəticələri ləğv edilib

MSK üzvü bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin araşdırılması zamanı Ekspert Qrupu tərəfindən belə bir qənaətə gəlinib ki, həqiqətən də, seçki qanunvericiliyinin pozuntularına yol verilib:

“34 seçki məntəqəsindən 14-u seçki komissiyasına protokol verilməyib. Bir çox məntəqələrdə bu cür pozuntulara yol verilib. Yerli məmurlar və nəməlum şəxslər qutulara E. Nəsirovun adından yüzlərcə bülleten doldurub. Bu hallar da onu göstərir ki, seçicilərin həqiqi iradəsini müəyyənləşdirməyə imkan verilməyib. Protokolların hansının düzgün olması qeyri-mümkündür. Dairənin 33 məntəqəsinin 30-da belə hallar müəyyən edilib. Hesab edirəm ki, səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

Bu səbədn də həmin dairə üzrə səsvermənin nəticələri etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, 68 saylı Cəlilabad kənd seçki dairəsindən guya lider olan Elman nəsirovun təticələri ləğv edilib.

Nəsirovun nəticələrinin ləğvi cəlilabadlılar arasında sevinclə qarşılanıb. Onlar deputatı məzxərəyə qoyaraq:"əyilə-əyilə səs oğurlayanın sonu belə olur" deyiblər.