BolgeXeber.Com » Gündəm » "Biz ona etimad göstərməyəcəyik" - Suraxanıdan Sevinc Fətəliyevaya ETİRAZ-VİDEO

"Biz ona etimad göstərməyəcəyik" - Suraxanıdan Sevinc Fətəliyevaya ETİRAZ-VİDEO

14-02-2020, 11:25
Oxunub: 7 179
30 saylı Suraxanı 1-ci seçki dairəsinin də ləğv edilməsini istəyirik və gözləyirik.

Bunu AFN-ə müraciət edən Suraxanı rayonu Bahar yaşayış massivinin sakinləri bildiriblər. Onlar seçki günü baş verən qanun pozuntularından sonra qutudan Sevinc Fətəliyevanın adının çıxmasına təəccüblənmədiklərini deyiblər: "Hər dəfə belə "seçilir". Karusellər, topa bülletenlər, təkrar səsverənlər sayəsində. Gənc xanımdır, heç olmasa abır-həya edə geri çəkilə. İnsanlar ona qəti inanmırlar və bir millət vəkili kimi güvənmirlər. Seçki günü baş verən saxtakarlıqlarla bağlı saysız-hesabsız faktlar var. Biz MSK-dan qərar gözləyirik, əks halda bir deputat kimi Sevinc Fətəliyevaya etimad göstərməyəcəyik".
Qeyd edək ki, seçicilər redaksiyamıza 30 saylı Suraxanı 1 ci seçki dairəsinin 4 saylı məntəqəsində müşahidəçinin saxtakarlığı ifşa etməsilə bağlı video da göndəriblər. Görüntülərdən aydın olur ki, bu cür hallar seçki günü dairə ərazisində çox baş verib. Həmin videonu da təqdim edirik: