Bu günün qoroskopu
8-05-2013, 09:20
Oxunub: 4 575
QOÇ - İxtiyarınızda olan bu təqvimdə maraqlı adamlarla görüşləriniz istisna olunmaqla, digər işlərinizdə elə bir yenilik gözlənilmir. Aldığınız təkliflərə tələsik razılıq verməyin, qarşı tərəfdən vaxt istəyin.
BUĞA - Ətraf mühit sizi lazımi qədər qane etmədiyindən rahatlığınızı təmin edə bilmirsiniz. Müəyyən məkan dəyişikliyinə həvəs göstərməklə bu sıxıntılara son qoya bilərsiniz. Səfərə çıxmaq daha münasibdir.
ƏKİZLƏR - Fəaliyyətə ara verin. Ötən günlərdə dincəlməyə vaxtınız olmadığı üçün bu təqvimdən yararlanın. Hətta uzaq yola çıxmaq, qonaq getmək də uğurludur. Pul xərcləməkdən qorxmayın.
XƏRÇƏNG - Böyük dəyişikliklər astanasındasınız. Nəyi nədən başlamağı özünüz təyin etməlisiniz. Əgər seçimdən yaxşı istifadə etsəniz, ayın sonuna qədər günləriniz xoş keçəcək. Tərəf-müqabilinizə sayqı göstərin.
ŞİR - İşləriniz həddindən ziyadə çox olduğundan yorulacaqsınız. Buna baxmayaraq proseslərin sürətli inkişafında özünüzü itirməməlisiniz. İlk öncə nədən başlamağı konkretləşdirin. Kənar təsirlərdən yayının.
QIZ - Pulsuzluğa görə sıxıntı çəkməyin. Çünki proqnozlarınızı tərtib etdiyimiz bütün mənbələr maliyyə durumunuzun yaxşılaşacağını göstərir. Bu səbəbdən digər işləri təxirə salmaq da olar.
TƏRƏZİ - Fəaliyyətlə bağlı müəyyən narahatçılıqla üzləşəcəyiniz gözlənilir. Bu səbəbdən də fiziki və zehni işləri təxirə salmalısınız. Ulduzlar saat 14-16 arası sizə qarşı təxribat gözlənildiyini bildirir.
ƏQRƏB - İstirahətinizi təmin etmək üçün bütün mümkün variantlardan istifadə edin. Onsuz da fəaliyyətinizdə hansısa uğur mümkün olmayacaq. Bu gün şəxsi büdcənizə mümkün qədər qənaət etməlisiniz.
OXATAN - Neçə gündür astroloji göstəricilər işlərinizin heç də rəvan getmədiyini bildirir. Xüsusən də yersiz mübahisələrə tez-tez cəlb olunursunuz. Bu, sizə yaraşmır, özünüzü ələ alıb reallığa uyğun davranın.
OĞLAQ - Saat 14-ə qədər qarşılıqlı münasibətlərdə bəzi gərginliklərlə baş-başa qalacaqsınız. Qeyd olunan müddətdə təmkin göstərsəniz, sonrakı saatları rahat şəkildə başa vuracaqsınız. Riskdən uzaq olun.
SUTÖKƏN - Qida rejiminizə xüsusi diqqət ayırın. İş günü olduğundan Göy qübbəsi bu təqvimdə uzaq ünvanlara qonaq getməyinizə izn vermir. Amma nahardan sonra müqəddəs yerləri ziyarət etmək olar.
BALIQLAR - Ulduzların düzümü aldanma ehtimalınızın mümkünlüyündən xəbər verir. Odur ki, aldığınız hər təkliflə razılaşmayın. Nahardan sonra problemlərinizin həllində şanslar yaranacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər