BolgeXeber.Com » Gündəm » Həbs edilən rayon başçısının eşşək ferması, otel və restoranları, min hektarlarla torpağı...
Həbs edilən rayon başçısının eşşək ferması, otel və restoranları, min hektarlarla torpağı...
22-02-2020, 12:11
Oxunub: 4 949
Xəbər verildiyi kimi ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayonunun icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin və onun müavinlərinin, rayon təhsil şöbəsi müdirinin və yerli xəstəxananın baş həkiminin həbsinə dair əməliyyat görüntülərini yayıb
Məlum olub ki, icra başçısı büdcə vəsaitlərini talamaq, rüşvət almaq və sosial iş yerləri layihəsinə cəlb edilən vətəndaşların kartlarını cibinə doldurmaq kimi əməllərə yanaşı rayonu da özünün feodal mülkünə çevirib. İsmayıl Vəliyevin Neftçalanın Qoltuq qəsəbəsindəki heyvandarlıq təsərrüfatı (orada həm də cins keçilər saxlanılır), Neftçala şəhərindəki böyük bazarı, beton zavodu barədə də əməliyyat çəkilişində bəhs edilir.
Lakin İsmayıl Vəliyevin korrupsiya və talançılıq yolu ilə topladığı sərvət təkcə bunlarla yekunlaşmır. Yerli KİV-lər yazır ki, onun rayon mərkəzində “Yurdum” adlı restoranı və oteli də fəaliyyət göstərir. Habelə İsmayıl Vəliyevin aktivlərinə Neftçalada özəl uşaq bağçası, böyük əraziyə malik olan tədarük məntəqəsi, keçmiş yol idarəsinin hektarlarla ərazisi (özəlləşdirilib), min hektarlarla münbit əkin sahələri, “Xol yolu” deyilən ərazidə eşşək ferması da daxildir. Həmin fermada 200-dən çox cins eşşək saxlanılır, onların südü dərman vasitəsi kimi satılır.
Habelə İsmayıl Vəliyev rayonun Qaramanlı kəndində sovet dövründən qalan avtomobil zavodunun ərazisini də özəlləşdirib, rayonda qanunsuz balıq ovu biznesi də onun nəzarətində olub. İcra başçısı balıq ovlamaq üçün çoxsaylı motorlu qayıqlar və digər avadanıqlar saxlayıb, o cümlədən Vəliyevin çoxsaylı ağır texnikası, yük maşınları, traktorları da olub.
2011-ci ildən rayona rəhbərlik edən İ.Vəliyevin biznesi təkcə Neftçala ilə yekunlaşmayıb. Onun Dubayda müasir kərpic zavodu açdığı, habelə Türkiyədə tikinti biznesinin olduğu da deyilir. Bu biznesi Vəliyevin böyük oğlu idarə edir. Ümumiyyətlə, İ.Vəliyevin ölkə xaricində çoxsaylı aktivlərinin olduğu da bildirilir. (Virtualaz.org)
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər