BolgeXeber.Com » Gündəm » Qanunsuzluqdan nazirə şikayət edən taksi sürücüsünə 5 sutka həbs cəzası verilib
Qanunsuzluqdan nazirə şikayət edən taksi sürücüsünə 5 sutka həbs cəzası verilib
8-05-2013, 14:10
Oxunub: 5 614
Bildiyiniz kimi bir müddət əvvəl saytımızda taksi sürücüsü Rauf Cəbiyevin heç bir əsas olmadan İXHİÜİ-nin şöbə rəisi Malik İbrahimov tərəfindən avtoxulqan adı ilə saxlanılaraq bölməyə aparılması ,maşınının əlindən alınaraq cərimə meydançasına qoyulmasından bir neçə dəfə məqalələr dərc olunub və bu bir çox mətbu orqanlarda dərc olunmuşdur. Xatırladaq ki,başına gətirilən haqsızlıqla əlaqədar taksi sürücüsü Rauf Cəbiyev Daxili işlər naziri Ramil Usubova da müraciət etmişdir.
Lakin,Qafqazregion.az-ın əldə etdiyi məlumat görə gözlənilənin əksinə olaraq şikayət məktubundan sonra öz haqqını tələb edən Rauf Cəbiyevə 5 sutkalıq həbs cəzası verilib. Demək belə çıxır ki, bizdə heç bir günahı olmayan vətəndaş əgər bu barədə rəsmi orqanlara şikayət edirsə o həbs edilir.
Bakı DYPİ-nin şöbə rəisi Malik İbrahimov tərəfindən özbaşnalığa məruz qalan və qanunsuz olaraq avtoxiliqanlıqda ittiham olunanın yeganə “günahı” günahsız olması haqda “çürət” edib şikayət etməsi olub.Xatırldaq ki,eyni aqibətlə ,ancaq bir az fərqli formada “Qafqaz Region İB”-in sədri, “Qafqaz Region News” qəzetlərinin təsisçisi və baş redaktoru Mahmud Tağıyev də qarşılaşıb.
Məlumdur ki, baş redaktor Bakı DYPİ –nin əməkdaşlarının qanunsuz hərəkətləri barəsində mütəmadi olaraq mətbuatda kəskin silsilə məqalələrlə çıxış edib. Bu çox acınacaqlı haldır ki, məqalədə adı çəkilən,qanunları pozan məmurları cəzalandırmaq əvəzinə Bakı DYPİ-nin vəzifəli şəxsləri sürücü ,baş leytenant Mərdan Əliyev vasitəsilə Mahmud Tağıyevi susdurmaq istəyirlər.
Peşəkar fəaliyyəti ilə bağlı ona qarşı edilən təhdidlərlə və adi vətəndaş kimi rastlaşdığı qanunsuzluqlarla bağlı Mahmud Tağıyev bu yaxınlarda prezidentə müraciət etməyə məcbur olub.Xatırladaq ki, mətbu orqanımızın baş redaktoru Mahmud Rasimoğlu ilə Əliyev Mərdan İbadulla oğlunun məhkəmə prosesi may ayınının 16-da, Nərimanov Rayon Məhkəməsində, hakim Məzahir Sadıqovun sədirliyi ilə 3-nömrəli zalda ,saat 15:00 –da keçiriləcək. Bütün həmkarlarmız –jurnalistlər bu məhkəmə prosesinə dəvətlidir. Prosesdə baş redaktorun mövzu ilə bağlı şok açıqlamalar verəcəyi gözlənilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər