Vəkillər Kollegiyasından uzaqlaşdırılan vəkil etiraz edəcək
9-05-2013, 09:20
Oxunub: 5 498
Vəkillər Kollegiyası hüquqşünas Aslan İsmayılovun üzvlükdən çıxarılması üçün məhkəməyə müraciət edəcək. Qərar mayın 8-də kollegiyanın iclasında qəbul edilib.
Aslan İsmayılov “azadlıq.info”ya deyib ki, o, faktiki olaraq Vəkillər Kollegiyasından uzaqlaşdırılıb, amma bu barədə son qərarı məhkəmə verəcək: “Kollegiyanın qərarı belə oldu ki, vəkillik fəaliyyətim dərhal dayandırılsın və vəkillikdən xaric edilməyim üçün məhkəməyə müraciət olunsun. Məhkəməyə nə vaxt müraciət edəcəkləri bəlli deyil. Bu, bir ay da çəkə bilər, beş ay da, bir il də. Fakt odur ki, həmin qərara qədər mən vəkil kimi fəaliyyət göstərə bilmərəm.
İntizam Komissiyasının rəyindən belə çıxır ki, Azərbaycanda vəkilliyə mənim qədər xələl gətirən ikinci bir adam yoxdur. Guya mən vəkil etikasını, qanunları pozmuşam, kollegiyaya hörmətsizlik etmişəm. Hakimin otağında xuliqanlıq etmişəm, az qala hakimi döymüşəm, təhqir etmişəm, zorla otağına girmişəm”.
Aslan İsmayılov bu qərarın onun ictimai faəliyyəti ilə bağlı olduğunu bildirib: “Mən heç vaxt heç bir qanun pozuntusuna yol verməmişəm, heç buna yaxın addım atmamışam. Bu, son dövrlər mənim hakimiyyəti, məhkəmə sistemindəki korrupsiyanı, rüşvətxorluğu, hüquq mühafizə orqanlarının yararsız fəaliyyətini kəskin tənqid etməyimlə bağlıdır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər