Polis əməkdaşını yumruqlayan saxlanılıb
10-05-2013, 14:55
Oxunub: 5 920
Səbail rayon Polis İdarəsindən Bolgexeber.com-a daxil olan məlumata görə 9-cu Polis Bölməsində aparılan ilkin araşdırmalarla «Mersedes» markalı 90 FU 175 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və qeyriləri tərəfindən xidməti vəzifəsini yerinə yetirən Bakı şəhər Baş Polis İdarəsinin Yol-Patrul Xidməti inspektoru Saməddin Eyvazova qarşı qanunazidd hərəkətlərə yol verilməsi müəyyən edilmişdir.
Belə ki, cari il mayın 3-də yol polisi əməkdaşı S.Eyvazov xidmətdə olarkən saat 21:30 radələrində qeyd edilən avtomobilin Neftçilər prospektində avtobus dayanacağında dayandığını görərək həmin avtomobilə yaxınlaşmışdır.
Yol nişanlarının tələblərini pozduğuna və nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün S.Eyvazov sürücüdən avtomobilin açarlarını alaraq sükan arxasına əyləşmişdir.
Bu zaman dörd nəfər ona yaxınlaşaraq avtomobili sürücüsünə qaytarmağı tələb etmişdir. S.Eyvazov xidməti vəzifəsini yerinə yetirdiyini bildirərək onların tələbini rədd etdikdə həmin şəxslər onu yumruqla vuraraq hadisə yerindən qaçmışlar. S.Eyvazov maşından düşərək onunla birlikdə xidmət aparan polis əməkdaşı Qədir Bədirxanov və ərazidə xidmət göstərən Post-Patrul Xidməti əməkdaşlarının birgə səyi nəticəsində avtomobilin sürücüsü Habil Məmmədov və Nicat adlı şəxs saxlanılmışlar.
Xəsarət almış polis əməkdaşı S.Eyvazov müayinə edilməsi üçün məhkəmə-tibb ekspertizasına göndərilmişdir.
Material üzrə S.Eyvazov, sürücü H.Məmmədov və hadisənin digər şahidlərinin izahatları alınaraq toplanmış material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Səbail rayon prokurorluğuna göndərlimişdir.
Hazırda material üzrə müvafiq araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər