BolgeXeber.Com » Gündəm » İntihar edəcəyini bəyan edən sahibkar VİDEOMÜRACİƏT yaydı

İntihar edəcəyini bəyan edən sahibkar VİDEOMÜRACİƏT yaydı

10-03-2020, 12:24
Oxunub: 3 420
İntihar edəcəyini bəyan edən sahibkar VİDEOMÜRACİƏT yaydı
Ağstafa rayonu Poylu kənd sakini sahibkar Təbriz Göyüşov qanuni saldığı üzüm bağında rahatlıq tapmır.

İxa.az xəbər verir ki, narazı sahibkar Təbriz Göyüşov ölkə başçısına video müraciət edib.

Prezidentə müraciət edən T. Göyüşov sahibkarlıq fəaliyyətini rahat davam etdirməyə, Ağstafa şəhər İƏD üzrə nümayəndəsi Etibar Hacıyevin imkan vermədiyini, onda rüşvət istənildiyini iddia edib.

Müraciətdə deyilir:

"Cənab prezident. Sizin sahibkarlara, xüsusən də kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə məşğul olanlara göstərdiyiniz diqqət və qayğı göz önündədir. Amma maləsəf, bu gün biz sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar qanunsuz olaraq təqiblərlə üz-üzə qalmışıq və dəfələrlə problemlərimizi işıqlandırmağımıza baxmayaraq Məhkəmələrin ədalətsiz qərarları hələ də aradan qaldırılmayıb. Əksinə, günü-gündən durumu daha da gərginləşdirirlər. Ağstafa şəhər İƏD üzrə nümayəndəsi Etibar Hacıyev mənim əkdiyim üzüm bağını əlimdən almaq istəyir.

Biz kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarlar sanki hansısa sirli qüvvənin girovluğundayıq. Gücsüzük, cənab prezident və Sizdən kömək istəyir, Sizə sığınırıq"... "Mediaxeberleri.az"

Ətraflı videoda: