BolgeXeber.Com » Gündəm » İcra başçısının Pasxa bayramı münasibətilə Şirvan şəhərinin pravoslav xristian icmasına təbriki

İcra başçısının Pasxa bayramı münasibətilə Şirvan şəhərinin pravoslav xristian icmasına təbriki

19-04-2020, 17:21
Oxunub: 6 315 Hörmətli həmvətənlər !
Sizi müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Azərbaycan tarixən müxtəlif dinlərin, millətlərin qarşılıqlı hörmət və etimada əsaslanan dinc yanaşı yaşamaq, insanlar arasında humanizm, həmrəylik və nümunəvi dözümlülük modelini dünyaya nümayiş etdirmişdi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dinlərarası və mədəniyyətlərarası dialoq mərkəzi kimi tanınan Azərbaycanda tarixi-mədəni irsin qorunub saxlanılması və təşviq edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuşdur.
Təqdirə layiq haldır ki, dövlət başçısının həyata keçirdiyi bu siyasət  Şirvan şəhərində də layiqincə davam etdirilir. Tolerant və multikultural ənənələrə malik Şirvan şəhərində xristian icmasının özünəməxsus yeri vardır.
Ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də yaradılan demokratik-hüquqi şəraitdən, mütərəqqi dövlət-din münasibətlərindən yararlanan Rus icmasının üzvləri öz etnik-dini xüsusiyyətlərini, adət-ənənələrini qoruyub saxlamaqla yanaşı, şəhərin ictimai-siyasi həyatının bütün sahələrində yaxından iştirak edir, fəal vətəndaş mövqeyi nümayiş etdirirlər.
 Əziz dostlar!
 Hər il şəhərimizdə təntənə ilə qeyd etdiyimiz Pasxa bayramı bu il ölkəmizdə koronavirus infeksiyasının geniş yayılma təhlükəsi səbəbindən xüsusi karantin rejimi şəraitində keçiriləcəkdir. Şirvan şəhər İcra Hakimiyyəti xüsusi karantin rejimini nəzərə alaraq etnik mənşəyindən asılı olmayaraq evdəqalan ahıl, tənha, sağlamlıq imkanları məhdud aztəminatlı şəhər sakinlərinə lazımı ərzaq malları ilə köməklik göstərir. Rus icmasının aztəminatlı üzvləri də bu qayğıdan kənarda qalmır. Rasxa bayramı ilə əlaqədar onlara da maddi köməklik göstərilir.
 Mən bir daha Sizi Pasxa bayramı münasibətilə ürəkdən təbrik edirəm.
 Arzu edirəm ki, öz gəlişiylə bu gözəl bayram hər evə, hər ocağa bol ruzi-bərəkət gətirsin və hamınıza yeni sevinclər bəxş etsin.
 Bayramınız mübarək olsun !
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov