BolgeXeber.Com » Gündəm » Oğuz meşələrinin məhvi ilə əlaqədar dövlət qurumlarına şikayət olundu

Oğuz meşələrinin məhvi ilə əlaqədar dövlət qurumlarına şikayət olundu

25-04-2020, 14:15
Dosye.org saytın elektron ünvanına daxil olan şikayət məktubunu olduğu kimi ixtiyarınıza veririk:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Surətləri-   Azərbaycan Respublikasının 1-ci vitse prezidenti xanım M.Əliyevaya
Azərbaycan Respublikasının Baş naziri cənab Ə.Əsədova,
Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova,  
Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab V. Eyvazova,
 Azərbaycan Respublikasının Ekologiya naziri cənab M. Babayevə,                
 Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisinə,
 Dövlət Təhlükəsizlik Xidməti rəisi cənab Əli Nağıyevə,
 Oğuz rayon İcra Hakimiyyətinin başçısı cənab E.Qurbanova,
 DİN-nin BMCQMİ-nin rəisinə,           
Oğuz rayon prokuroruna,
Oguz Rayon Polis Şöbəsinin rəisinə,      
Ombudsman Aparatının rəhbərinə, Mətbuat orqanlarına
Oğuz rayon Meşə Təsərrüfatı İdarəsinin sabiq meşəbəyisi Seyidov Xalid Tofiq oğlu tərəfindən
Oğuz meşələrinin korrupsiyalaşmış mütəşəkkil dəstə tərəfindən tamamilə məhv edilməsinin qarşısının dərhal alınmasıilə bağlı
                           Ş İ K A Y Ə T   Ə R İ Z Ə S İ
     Çoxhörmətli cənab Prezident İlham Əliyev! Mən, Seyidov Xalid Tofiq oğlu doğma Oğuz rayonunda meşəbəyi vəzifəsində işləmişəm. İşlədiyim müddətdə xalqımızın sərvəti olan meşədəki bütün ağacların qorunub saxlanması üçün əlimdən gələni etmişəm. Lakin Vətənə sədaqətli xidmətin kimlərinsə xoşuna gəlmədi. Daha doğrusu, konkret olaraq  yuxarılara “HAQQ” vermədiyimə görə məni əsassız olaraq işdən çıxardılar və məhkəməyə verdilər. 10 ay məni məhkəmə yollarında süründürsələr də, heç bir dəlil və sübutları olmadığına görə iddialarını geri götürdülər. İşdən çıxarılma səbəbim bu idi ki, mən vicdanıma sığışdıra bilməmişdim ki, Oğuz meşələrinə son dövrlərdə kəskin hücumlar başlanmış və mən də Nazirliyə şikayət etmişdim.


Budur, son iki ildə Oğuz-Qəbələ regionundakı meşələrdə demək olar ki. bir dənə də olsun sağlam, yaralı. Gözə xoş ağac qalmayıb( təbii ki, yol kənarlarını nəzərə almasaq) Əvvəlcə meşələrimizə total hücumlarla bağlı yuxarı orqanlara , DTX-ya müraciətlər etdim. Heç bir xeyri olmadı. V sonda Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevin İsmayıllıda və Ağsuda keçirdiyi rəsmi qəbullarında oldum. Vəziyyəti əlimdəki sübutlarla ona izah etdim. Dedim ki, yaxın ətrafınız Sizi aldadır, meşələri amansızcasına məhv edirlər.O isə qarşılığında heç formal da olsa cavab vermədi.  Bu qəbullardan sonra Daxili İşlər nazirliyinin Baş mütəşəkkil cinayətkarlıqla mübarizə İdarəsinə əlimdəki faktlarla müraciət etdim. Sağ olsunlar ki, dövlətin qayğısını çəkirlər, məsuliyyət hiss edirlər. başa sala bildim ki, Qəbələ-Oğuz Regional Meşə Təsəsrrüfatında son dərəcə acınacaqlı vəziyyət yaranıb. BCMCİ-nin əməkdaşları 11 mart 2020-ci ildə dərhal Bakıdan gələrək  Qəbələ-Oğuz Regional Meşə Təsəsrrüfatında direktor İlqar Qəribovu, baş mühasibini, meşə sahə rəislərinin çoxunu saxlayaraq Bakıya apardılar. Xatırlatmaq yerinə düşərdi ki, Qəbələ-Oğuz Regional Meşə Təsəsrrüfatına yeni təyin olunmuş İ.Qəribov ETSN-nin Meşə Təsərrüfatı depertamenti direktoru Ağaqardaş Qafarovla qohumdurlar(kirvədirlər)Onların şərikləri və himayədarları isə ETSN- in nazir müavini Firdövsi Əliyevdir. O F.əliyev ki, dəfələrlə qəbuluna gəlib Oğuz meşələrinin amansızcasına məhv edilməsini və bunun qarşısının alınmasını bir işçi və bir vətəndaş olaraq demişdim. Lakin o bu deyilənlərin heç birinə əhəmiyyət vermirdi. Qeyd edək ki, A.Qafarovun masallı rayonunda böyük bir şəxsi mebel sexi fəaliyyət göstərir. Amma çox maraqlıdır ki, 5-6 meşəyə rəhbərlik edən və himayəsində olan meşələri ağlar günə qoymuş Məmmədov Valeh yaqub oğlu nədənsə məsuliyyətdən kənarda qaldı. Doğrudur, onu bir neçə dəfə törətdiyi özbaşnalıqlara görə işdən qovsalar da vəzifədə olan qardaşlarının (biri Şahdağ Dövlət Qoruğunun rəhbəridir, digəri Notariusda sədrlik edir.)köməkliyi sayəsində hər dəfə məsuliyyətdən qurtula və öz işini- konkret olaraq hər həftə 5-600 kub m. ağac qırıntısı kəsdirib yük avtomobillərilə satışını təşkil etməkdədir. Bu adam hətta karantin dövründə öz bazarını dayandırmır. (onun meşəsinin necə məhv edilməsini əks etdirən fotoşəkillər əlavə olunur) Respublikada heç kim ona söz deyə bilmədiyinə görə, Valeh də bir meşəbəyi kimi meşə ağaclarını öz dədəsinin malı kimi satmaqda indi də davam edir.


Bəs, bu arada ETSN tərəfindən ayrılmış komissiya bu ağac qətliyamına necə qiymət verir? Əvvəla onu qeyd edək ki. bu komissiya yerli əməkdaşlardan təşkil olunublar və yoxlanılan sahələrin meşəbəyilə əvvələr birlikdə çox “işləri birlikdə görüblər” Ona görə onlardan nəsə bir reallıq gözləmək düzgün olmazdı. Digər tərəfdən cənab nazir müavini də onlara tapşırıb ki, yalnız son 3 ay ərzində olan kəsintiləri yoxlasınlar. Komissiyad a son 3 ay ərzində qırılmalar üzrə aşkar etdikləri fakt üzrə məslən 32 ağac yerinə cəmi 2 ağacın kəsilməsini, 6 ədəd uzunömürlü ağacların əvəzinə isə cəmi 1 ağacın qeydini edirlər. Yəni, yuxarıdan tapşırıq elədir ki, yaşı 200 oaln qiymətli ağacların hamısı son 2 ildə kütləvi surətdə məhv edilməsinə baxmayaraq.

Konkret desək ETSN-nin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin  komissiyası isə  bunların heç birinə əhəmiyyət vermir.Bu komissiyaya həm kəsilən ağacları həm də torpaq altına alınmış ağac möklərini fakt üzrə yerində göstərsəm də onlar bunları nəzərə almaq istəmirlər. Bəhanələri də bu olur ki, biz yalnız son 3 ay ərzində kəsilənləri qeydə almalıyıq, vəssəlam. Lap belə olan halda hər sutkada 10-15 yük avtomobil yüklü yeni kəsilmiş ağaclar satılmaq üçün daşınsa da bu komissiya sanki heçnə görmürmüş, heçnə eşitmirmiş. Adamda belə bir təəsürat yaranır ki, sanki ETSN və onun Azərbaycandakı əməkdaşları iblisə iymuşlar.
Cənab Prezident! Xatırladım ki, Ulu Öndər Heydər Əliyev ağacların kəsilməsinə həmişə öz kəskin etirazını bildirmişdir. Siz də H.Əliyev kursunun davamçısı olaraq xahiş edirəm ki, Oğuz-Qəbələ meşələrinin barbarcasına darmadın edilməsi faktlarının yerində araşdırılmasına və məsləyə hüquqi qiymət verilməsi üçün aidiyyatı təşkilatlara göstəriş verməyinizi xahiş edir və sağ olun deyirəm.
REDAKSİYADAN:Şikayət məktubunda adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.