BolgeXeber.Com » Gündəm » Biznes fəaliyyətini gizlədən millət vəkili Azər Kərimlinin gizlinləri üzə çıxdı - FOTOFAKT
Biznes fəaliyyətini gizlədən millət vəkili Azər Kərimlinin gizlinləri üzə çıxdı - FOTOFAKT
27-04-2020, 17:39
Oxunub: 6 553
"Azər Kərimli 17 il ərzində millət vəkili statsu ilə Rusiya qarşısında vergi ödəyicisi kimi öhdəlik daşıyıb. Amma tərcümeyi-halında Moskvadakı biznes fəaliyyəti ilə bağlı məlumatlarda saxtakarlığa yol verib, ictimaiyyəti aldadıb."
Kainat.tv xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli öz facebook səhifəsində paylaşım edib.
Cavanşir Həsənli yazır ki:
"Deputat həm rəsmi, həm qeyri-rəsmi bioqrafiyasında Rusiyada təsisçisi və rəhbəri olduğu "Fəxri" MMC-nin (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "ФАХРИ") guya deputatlığından bir il əvvəl, yəni 1999-cu ildə fəaliyyətini dayandırdığını qeyd edib.
Amma əlavələrdə sizə təqdim etdiyim sənədlərdən bəlli olur ki, şirkət cəmi 3 il əvvəl, 2017-ci ilin noyabrında fəaliyyətini dayandırıb.
Şirkət deputatın tərcümeyi-halında qeyd edildiyi kimi 1991-ci ildə deyil, 1997-ci ilin iyulun 24-də təsis olunub, 2003-cü ilin yanvarın 27-də Azər Kərimlinin Hüseynov Adil Həmid oğlu ilə ortaqlıq qərarı ilə bağlı reyestr məlumatları yenilənib.
Sənədlərdən aydın olur ki, Azər Kərimli Moskvada topdan ayaqqabı satışı ilə məşğul olub.
2017-ci ilin sonlarında Rusiyadakı şirkətini ləğv edən deputat 2018-ci ilin sentyabrında oğlu Fəxri Kərimlinin adına İngiltətədə KARİMLİ LİMİTED (CARRIMLI LIMITED) əmlak şirkətini qeydiyyatdan keçirib."
Qarşı tərəfin mövqeyini dinləməyə hazırdır!


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər