BolgeXeber.Com » Gündəm » Ağ Ciyər Xəstəlikləri İnstitutunun qocaman direktoru karantin qaydalarını belə pozdu - VİDEO

Ağ Ciyər Xəstəlikləri İnstitutunun qocaman direktoru karantin qaydalarını belə pozdu - VİDEO

2-05-2020, 09:07
Oxunub: 88 414 Məlum olduğu kimi, COVİD-19 (koronavirus) pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə bir sıra təxirəsalınmaaz tədbirlər həyata keçirib. Bunların sırasına karantin rejiminin elan olunması da daxildir.
Nazirlər Kabinetinin 23 Mart 2020-ci il tarixli qərarına əsasən 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib.

Lakin “24 saat”-ın əldə etdiyi video görüntülərdən məlum olur ki, Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru, 70 yaşlı Həqiqət Qədirova NK-ın bu qadağası və müvafiq qərarına riayət etmir. Təqdim etdiyimiz videodan aydın görünür ki, Həqiqət Qədirova karantin günlərdə nəinki qanunsuz olaraq evdən çıxıb, hətta kollektivi yığaraq iclas da keçirib.