BolgeXeber.Com » Gündəm » Qusar və Siyəzən polisi karantin rejiminə əməl olunmasına ciddi nəzarət edir - Foto

Qusar və Siyəzən polisi karantin rejiminə əməl olunmasına ciddi nəzarət edir - Foto

5-05-2020, 11:18
Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər.
BÖLGƏ TV xəbər verir ki, ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejim qaydalarının təmin olunmasına nəzarət Qusar və Siyəzən  rayonlarında da ciddi şəkildə həyata keçirilir.
 Polis əməkdaşları tərəfindən  həyata keçirilən tədbirlər çərçivəsində  rayonların giriş hissələrində və digər ərazilərdə stasionar postlar qurulub, eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması məqsədi ilə patrul xidməti yerinə yetirilir. 

Postlarda xidmət edən polis əməkdaşlarının BÖLGƏ TV-yə bildirdiyinə görə Qusar və Siyəzən rayonlarında xüsusi karantin qaydalarını pozan şəxslər cərimələnib, bir neçə nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ərazidəki postlarda xidmət edən polis  əməkdaşları postdan keçən hər bir nəqliyyat vasitəsini fərdi şəkildə saxlayaraq yoxlayır. İcazəsi, xüsusi bildirişi olmayan nəqliyyat vasitəsilərinin sürücüləri karantin rejimini pozduğunu görə cərimələnir.
Eyni zamanda avtomobildə olan icazəsi olmayan sərnişinlər barəsində də tədbir görülür.
Bununla belə zərurət olmadan nəqliyyat vasitələri saxlanılmır.
Bundan başqa xüsusi karantin rejim qaydaları şəraitində Polis əməkdaşları  sağlamlıqlarının qorunması üçün vətəndaşlara evdə qalmağı məsləhət görür, onlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırırlar.
Bu tədbirlərin də məhz sakinlərin sağlamlığı naminə görüldüyü bir daha onların diqqətinə çatdırılır. 
 Polis əməkdaşları tərəfindən karantin günlərində yaşlı və imkansız insanlara yardımlar edilir. Şöbənin əməkdaşları “Evdə qal!” kampaniyası çərçivəsində xüsusi karantin rejim qaydalarına uyğun olaraq çölə çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə köməklik göstəriblər.  Bu istiqamətdə tədbirlər hər iki rayonda müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.
 Hazırladılar:Müxbir Niyaməddin Buludlu,Operator Ayət Şükürov
 BÖLGƏ TV