BolgeXeber.Com » Gündəm » ÇAKIRIN Qaradağda təxti-Süleyman dövrü - icra başçısının milyonluq biznesi — SƏNƏD

ÇAKIRIN Qaradağda təxti-Süleyman dövrü - icra başçısının milyonluq biznesi — SƏNƏD

7-05-2020, 10:16
Oxunub: 4 875 Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayilovun milyonluq biznesi üzə çıxıb.
İxa.az-ın məlumatına görə, araşdırmacı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli bildirib ki, icra başçısına qeyri-rəsmi aid olan Qaradağ çınqıl karxanası rəsmi olaraq rayon sakini, Sahil qəsəbəsj, Emin Quliyev pr, ev 50, m. 14 ünvanında qeydiyyatda olan Pərvin Məhyətdin Ağasoltan oğlunun adına rəsmiləşdirilib:
“Karxana “Qaradağ çınqıl” Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə 2016-cı ildə 1101435531 saylı VÖEN nömrəsi ilə qeydiyyatdan keçib. Məsələnin daha maraqlı tərəfi, “Qaradağ çınqıl” MMC-nin rəsmi sahibi Pərvin Məhyətdin Ağasoltan oğlunun adına 2018-ci ilin noyabrın 1-dən 2020-ci ilin noyabrın 1-dək ünvanlı sosial yardım təyin olunub”.
C.Həsənli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və Qaradağ rayon icra hakimiyyətindən “təkzib” gözləyidiyini əlavə edib:
“Ümid edirəm, Qarabağda belə bir karxana fəaliyyət göstərmədiyini, belə bir adam yaşamadığını və belə bir şirkət olmadığını iddia etməyəcəklər. Süleyman Mikayılovun Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərini şəxsi biznesinə yönəltməsi, Avropada – qulağımın dibində şirkət açması da bir ayrı mövzudur”.(aztoday.az)
 
Fotoları təqdim edirik:
undefined
undefined
undefined
undefined
undefined
undefined
undefined
undefined
undefined
Süleyman Mikayıov ölkənin ən çox qazanan başçısı və rayona ən çox faiz qoyan BAŞ MƏMUR...
 
Mediada yer almış təkzib olunmayan informasiyaları və qaynaqlarımızdan əldə etdiyimi bilgilərə əsaslanaraq deyə bilərik ki, ölkənin ən varlı məmurları arasında paytaxt rayonlarının icra hakimiyyəti başçıları xüsusi yer tutur. Bəs ölkənin ən varlı icra başçısı kimdir?
Bildirək ki, Bakı rayonları arasında ən çox pul gətirən inzibati-ərazi vahidi Qaradağ rayonudur.
Mənbəmiz bunu bir neçə aspektdən izah etdib:
1. Qaradağ rayonu Bakının ən çox sənayeləşmiş rayonudur. Ölkənin ən böyük sənaye zavodları məhz Qaradağ rayonunda yerləşir;
2. Qaradağ rayonuda ölkənin ən böyük daş karxanalarının yerləşməsi;
3. Qaradağ rayonunun Bakıya yaxın ərazidə ən çox boş torpaqların olduğu rayon olması;
4. Qaradağ rayonunda ölkənin ən böyük topdansatış və pərakəndə bazarları olan “Sədərək”, “Binə” və “Meyvəli” Ticarət Mərkəzlərinin yerləşməsi;
5. Bakı Dəniz Limanının Qaradağ rayonuna köçürülməsi.
Bundan başqa təbii ehtiyatları ilə zəngin olan rayonun gəlir gətirən başqa sahələri də var.
Bütün bu səbəblərdən Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun ölkənin  ən varlı icra başçılarından biri və bəlkə də birincisi olması şübhəsizdir.
İxa.az-a  adının çəkilməyini istəməyən sahibkar başına gətirilən hadisəni danışır:
“Bir neçə il əvvəl Qaradağ rayonunda inşa edilən uşaq bağçasına kiçik elektrik yarımstansiyası quraşdırmaq üçün tenderi udan dostlarımdan birinə smetanın təsdiq edilməsi üçün Süleyman Mikayılovun imzası lazım idi.
Sahibkar dostum buna görə 50 min manat verməyə razı idi və məndən dolayısı ilə vasitəçi olmağı xahiş elədi. İcra hakimiyyətində yaxın münasibətdə olduğum vəzifəli şəxslə görüşdüm və dostumun təklifini çatdırdım. Bir neçə gündən sonra mənə dedilər ki, başçı imza üçün 100 min manat tələb edir. Dostum naəlac qalıb verdi o pulu. Amma sonra elektrik yarımstansiyası necə quraşdırıldı, o da məlumdur. Təbii ki, dostumun başçıya verdiyi 100 min manat elektrik yarımstansiyanın tam gücü ilə işləyə bilməməsinə səbəb oldu. Halbuki dostum 50 min verəcəyi təqdirdə heç bir natamamlığın olmayacağına təminat verirdi. (Yəqin “Azərenerji”nin yeni rəhbərliyi bu cür məsələlərin araşdırılması ilə məşğul olacaq) Belə layihələrdən isə Qaradağ rayonunda çox olub. , İndi özünüz düşünün, bir imzaya görə 100 min alanlar nə qədər qazanırlar”.
Başqa bir mötəbər mənbə isə bildirir ki, Süleyman Mikayılovun Lökbatan və ətrafında tikinti işlərindən topladığı pulları ancaq xəyal eləmək olar. Qaradağın icra baçısı bu böyük ərazidə hər kvadratmetri belə nəzarətdə saxlayır və torpaq sahələrinin satışından qeyri-qanuni yollarla, rüşvət şəklində çox böyük pullar toplanılır. Bununla yanaşı Qaradağda fəaliyyəti bilinən daş karxanaları, yerli məmurlar, Ticarət mərkəzlərinin sahibləri, bazar rəhbərləri, tikinti şirkətləri və.s kim və kimsələr birmənalı şəkildə  Çakırın hesabını verməlidir. Yoxsa...
Süleyman Çakır  necə "Quska"nın biznes ortağı və yaxın dostu olub?
"Quska"nın biznes ortağı olan icra başçısı necə sərvət toplayıb...

İxa.az-a bu barədə danışan bilgili qaynaq isə Hüseyn Abdullayevin hazırda Qaradağ rayon icra hakimiyyətinin başçısı postunu tutan Süleyman Mikayılovla ən yaxın əlaqələrinin olmasını ortaya qoyub.
Məlumatlı mənbənin  söylədiyinə görə, Hüseyn Abdullayevlə Süleyman Mikayılov hələ 90-cı illərin əvvəlindən yaxın münasibətdə olublar. Mənbənin söylədikləri:

"Həmin dönəmdə Süleyman Mikayılov Bakıda Bülbül adına musiqi məktəbinin zirzəmisində özünə ofis tutmuşdu, başına idmançıları toplamışdı. Həmin idmançıların adları eyni zamanda qara işlərdə də hallanırdı. O zaman Hüseyn Abdullayev-Süleyman Mikayılov cütlüyünə indi "Hafka" kimi tanıdığımız Hafi Məmmədov da qoşulmuşdu və bu üçlük Azərbaycana xaricdən yağ gəıtirməklə məşğul idi".
Mənbə iddia edir ki, məhz bu yolla və onlara yaradılan digər şəraitlər hesabına külli miqdarda pul qazanan Hüseyn Abdullayev, Süleyman Mikayılov və Hafiz Məmmədov sonradan hər biri ayrı-ayrıılıqda gücə çevirilirlər. Amma dostluqlarını unutmarlar, əlaqələrini kəsmirlər. İcra başçısı olan Süleyman Mikayılovun bu gün kifayət qədər maddi imkanlara, villalara, evlərə, dəyəri yarım milyonluq obyektlərə malik olduğu da deyilir. Süleyman Mikayılovun təkcə Yardımlı rayonunda bir restaranı bir villası, onlarla iri obyektləri var. Qaradağ rayonunda,  həmçinin paytaxtda onlarla obyektləri və bir neçə tikinti şirkətinin olması da heç kimə sirr deyil.
Onuda qeyd edək ki, artıq müflisləşdiyi deyilən Hafiz Məmmədovdan fərqli olaraq "Quska" pullarını iyrənc siyasətə yatırtdı ki, bu gün də bunu bəlasını çəkir. Zamanında yağ kimi pullar qazanan və indinin özündə də dövlət büdcəsini dədə malı kimi sağa-sola səpələyən Süleyman Mikayılov isə hələlik vəzifə başındadır. 
Daxil olan ən son məlumatlarda oda iddiaolunur  ki, artıq Süleyman Mikayılovunda barəsində araşdırmalara başlanıb. İllərdir Qaradağda xanədanlıq quran, adının "Quska" ilə birgə iyrənc siyasətdə də Çakıq ləqəbli Süleyman Mikayılovun qələminin qırıldığı xəbərləri dolaşmaqdadır.
Qarşı tərəfi də dinləməyə hazırıq...  ardı var. Bizi izləyin.