BolgeXeber.Com » Gündəm » Vilyam Hacıyevlə əlbir olan Kapital bankın müdiri və icra nümayəndəsi də İFŞA OLDU

Vilyam Hacıyevlə əlbir olan Kapital bankın müdiri və icra nümayəndəsi də İFŞA OLDU

9-05-2020, 16:20
Oxunub: 8 619 Bir-birinin ardınca baş verən səs-küylü məmur həbsləri maraqlı məqamlarıda özü ilə ortaya çıxarır.
Bolgexeber.com xəbər verir ki,  İmişlidəki mənbədən Conflict.az-a maraqlı məqamlarla zəngin məlumat daxil oldu. Mənbənin bildirdiyinə görə hal-hazırda rayonun Çahar və Gövhərli kəndinin bir qrup sakinləri Qaradоnlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qarşısına toplaşıblar. Məlumatda qeyd edilir ki, sakinlərin narazılığına səbəb Qaradоnlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Məhəmməd İsmayılovun hal-hazırda həbsdə olan İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevlə iş birliyində xəbər tutmaları olub. Belə ki, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə pandemiyadan əziyyət çəkən vətəndaşlara yardım paketi göndərilərkən Məhəmməd İsmayılov Vilyam Hacıyevin tapşırığı ilə vətəndaşlara yardımın çatdırılmasından əvvəl əksər qutuları açaraq içərisində olan 50 manatlıq nağd əskinasları götürüb. Lakin məsələ bununla da bitməyib. Mənbənin bildirdiyinə görə kənd icra nümayəndəsi Fondun göndərdiyi yardımları da yarıbayarı azaldaraq mənimsəyib. Bundan xəbər tutan kənd sakinləri Qaradоnlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin qarşısına toplaşaraq Məhəmməd İsmayılovdan Heydər Əliyev Fondu tərəfindən ehtiyaclı insanlar üçün göndərilən pulu və ərzağın yerdə qalan hissəsini tələb edirlər. Məlumatı verən mənbə onu da qeyd etdi ki, Məhəmməd İsmayılov etirazlardan müvəqqəti qurtulmaq üçün rayon mərkəzində gizlənir.