BolgeXeber.Com » Gündəm » Müqayis Verdiyevin yalanı, Fəzail Hüseynovun talanı - İş adamının Sumqayıt FİASKOSU

Müqayis Verdiyevin yalanı, Fəzail Hüseynovun talanı - İş adamının Sumqayıt FİASKOSU

14-05-2020, 16:05
Oxunub: 6 812 “Azər-İnşaat-2009” MMC-nin direktoru Müqayis Verdiyevin  Zakir Fərəcova qarşı haqsızlıqları ilə  bağlı açıqlamaları, Sumqayıt  ziyalıları tərəfindən sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
Bolgexeber.com  sosial şəbəkələrdə yayılan məlumatlara istinadən bildirir ki, qalmaqalı iş adamı Müqayis Verdiyevi gördüyü və görəcəyi işlərlə bağlı dəfələrlə dələduzluğa görə həbs edilib.
Bir sözlə,  iddia olunur ki, dələduzluq,  etibardan istifadə edib külli - miqdarda pul ələ keçirmə halıdır. Hörmətli oxucular indi siz deyin icra başçısı talançı və haqsızdır yoxsa Müqayis Verdiyev....?
Bildirək ki, Prezident İlham Əliyev Zakir Fərəcovu Sumqayıt şəhərinə icra başçısı təyin etdikdən sonra şəhərdə xeyli dəyişikliklərə, yeniliklərə start verilib. Və bu hər zaman uğurla, şəffav həyata keçirilib.  Əlbəttdə ki, iş olan yerdə problemlər də ortaya çıxa bilir. Amma bunu Müqayis kimilərin faciəyə  çevirib şüar etməyi ən azı acizlik və qorxaqlıqdır.
Acizlikdir ona görə ki, öhdəliyə götürülən işlər vaxtında həyata keçirilə bilinmir. Qorxaqlıqdır o səbəbə ki, tapşırılan işlərdə küllü-miqdarda yeyintiyə yol verilir, məmimsəmə halı üzə çıxır. Və Həmin şəxs törətdiyi əməldən "üzüağ" çıxmaq üçün kimisə şərləməli, M.Verdiyev kimi böhtançı olmalıdır?!
Xülasə keçək əsas mətləbə:
Hər kəsə məlumdur ki, icra başçısı tikiti aparmır. Görülən işləri icra hakimiyyətində tikinti  və memarlıq şöbəsi həyata keçirir. Sumqayıt şəhərdəki bütün təmir-tikinti işlərini  Fəzail Hüseynov həyata keçirib. Sözsüz ki, məşhur  tikinti işlərindəki ortağı Müqayis Verdyevlə birgə.  Elə həmin vaxtlar da həbsdən azad olunduqdan sonra Müqayis Verdiyev Sumqayıt şəhərində təmir-tikinti işlərinə girişb. Onun bu şəhərdəki pul silmə əməliyyatında önəmli rol almasında  Fəzail Hüseynovun böyük xidməti olub. Belə ki, iş adamı ilə Zakir Fərəcovla tanışlığı da oradan başlayıb.
O, zamanlar medianın gündəmində olan goranboylu iş adamı Müqayis Verdiyev çox məşhur idi. Həmin Müqayis Verdiyev  idi ki, bir neçə il öncə Cinayət Məcəlləsinin 179.3-cü (mənimsəmə ) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunaraq həbs edilmişdi. Bir neçə illik həbs həyatından sonra isə Müqayis Verdiyev 09 sentyabr 2015 ildə Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxmışdı. 
Qeyd edək ki, adı daha əvvəllər mətbuatın gündəmindən düşməyən və külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi ittihamı ilə həbs olunan bir iş adamının Fəzai Hüseynov tərəfindən Sumqayıt şəhərində təmir-tikinti işlərinə ortaq edilməsi maraqlı məsələdir. Çünki Müqayis Verdiyev daha çox böyük talançılığı ilə yadda qalan layihələrin iştirakçısı olub. Maraqlıdır ki, Sumqayıtda peyda olan Müqayis Verdiyevin daha əvvələr Goranboy və İmişli rayon icra hakimiyyətləri ilə ciddi problemləri ortaya çıxmışdı və bu problemlər üzündən də iş adamı həbsə atılmışdı.
Müqayis Verdiyevin Sumqayıtda peyda olmasının isə düşünülmüş şəkildə həyata keçirilirdi. Həmin vaxtlarda  Prezident İlham Əliyev 13 oktyabr 2015-ci ildə Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3,7 milyon (üç milyon yeddi yüz min) manat, 3 mart 2016-cı ildə isə çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə 9,0 (doqquz) milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon (altı milyon beş yüz min) manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon (iki milyon beş yüz min) manat vəsait ayrılması ilə bağlı sərəncamı olmuşdu. Əlbəttdəki, neçə deyərlər milçək  şirəyə gələr.
Hər zaman hüquqlarının  pozulduğunu və icra başçısılarının qanunsuz əməllərindən ağzı dolusu danışan  Müqayis Verdiyev  Goranboyda 256 min, İmişlidə 857 min,  Sumqayıtda isə 5 milyon manatının dəbbələndiyini iddia edən  iş adamı,  necə ola bilir ki. həbsdən çıxaraq özünə bahalı maşınlar ala bilir. Məlumdur ki, M.Verdiyev  şərlədiyi icra hakimiyyətlərindən ələ keçirdiyi milyonlarla manatı gizli vəsaitlərlə bir hissəsini nağdlaşdırır. Buna adi bir sübut olaraq Sumqayıtda yeni işə başlaması münasibəti ilə  qiyməti yüz min manatlarla ölçülən 3 minik  avtomobili alaraq ailəsinə göndərməsi əlbbətdəki də ciddi şəkildə mənimsəmədən xəbər verir. 
Qeyd edək ki, hazırda 120 min manatlıq avtomobildə gəzən Müqayis Verdiyev,  Sumqayıtda görülən işlərlə bağlı Fəzail Hüseynovla işbirliyində olmasına baxmayaraq pul hesabına ölkə mediasında öz xeyrinə yazılar trajlatdırır. Milyonları Fəzail Hüseynovla ələ keçirən Müqayis Verdiyev Sumqayıt icra hakimiyyətində nüfuzlu şəxsləri də hədəfinə çevirib. Beləki, M.Verdiyev Zakir Fərəcovla yanaşı Adil Xudadatovuda onun haqqını yeməkdə ittiham edir. Halbuki, Sumqayıtda baş verən məlum tikinti koorrupsiyasında Verdiyevin ortağı hesab edildiyi Fəzail Hüseynov olduğu danılmaz faktdır.
Məsələn, ""yenisabah.az" saytı yazır: "Sahibkarlar və işçilər Sumqayıt icra başçı müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hüseynov Fəzail Ağar oğlunu da məhkəməyə veriblər. Onlar bu işlərdə onun böyük rolunun olduğunu deyir.
Sahibkarlar bildiriblər ki,  sahibkarlarla ən ciddi problem yaradanlardan biri  Fəzail Hüseynovdur. Sahibkarlara olan milyonlarla borcu qaytarmağı Fəzail Hüseynov vəd vermişdi. Ancaq o nəinki sahibkarların borcunu qaytarmadı. Hətta M.Verdiyev kimilərdən öz ailəsini İtaliyaya istirahətə göndərmək üçün böyük miqdarda borc aıb və bugünədək qaytarmadığı iş adamları tərəfindən iddia olunub..."
Bəs onda niyə Zakir Fərəcov?
Hörmətli Müqayis Bəy!
İndi deyin, əsl cinayətkar və dələduz kimdir ? Siz, yoxsa böhtanlara tutdurduğunuz, prezidentin də ən çox etibad göstərdiyi Zakir Fərəcov? 
Əminik ki,  siz Müqyis Verdiyevin təmiz insanları batırmaq məqsədi ilə bulandırdığınız sular bir gün durulacaq . Dahi yunan fılosofu Demokritin belə bir unudulmaz kəlamı var : "Ən böyük məğlubiyyət özünü itirmək, özünü ələ almağı bacarmamaqdır. 
Daxili varlığı şeytanla, iblislə, ikiləşmiş insan cildli, insan qiyafəli, adam maskalı canlılarda mərhəmət, humanizm və vətənpərvərlik heç zaman ola bilməz. VƏSSƏLAM!!!
PS: Bir sözlə. Fəzail Hüseynovun Sumqayıt bulvarından mənimsədiyi milyonlara necə sahib olduğu, onlarla iri obyektlər hansı maaşla alması, eləcədə topdağıtmaz malikanə  və villaları barədə növbəti geniş araşdırma yazımızı ən qısa zamanda təqdim ediləcək..
M.Verdiyevin və F. Hüseynovun Sumqayıtda yaşanmış dəhşətli mənimsəmə hallarının araşdırılması üçün də aidiyyatı qurumlara  müraciət olunacaq.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Bolgexeber.com

undefined
undefined