20 mayın astroloji proqnozu
20-05-2013, 08:10
Oxunub: 4 778
QOÇ - Gün ərzində müxtəlif xarakterli insanlarla təmaslarınız sizi bəzi mətləblərdən agah edəcək. Saat 16-18 aralığında isə ürəyinizcə olan hansısa hadisənin iştirakçısı ola bilərsiniz.
BUĞA - Bürcünüz "hakimiyyət"inin son sutkasını yaşayacaq. Deməli, daha böyük işlərlə məşğul olmalı, son vaxtlar dəb halını alan dedi-qodudan uzaqlaşmalısınız. Maddi baxımdan da yaxşı vaxtdır.
ƏKİZLƏR - Aktiv fəaliyyətə başlamaq üçün nəhayət ki, mühit yetişəcək. Bu səbəbdən proqnozunuzu oxuyan kimi hərəkətə keçin. Amma özünüzə müttəfiq seçərkən maksimum tədbirli olun.
XƏRÇƏNG - Maliyyə baxımından düşərli gün olsa da, ümumi ovqatınızda gərginlik mümkündür. Lakin bu amil işgüzar sövdələşmələrdə və qərarlar qəbul etməkdə sizə mane olmayacaq.
ŞİR - Aldığınız yeni iş təkliflərinə tələsik razılıq verməyin. Hər şeyi yüz dəfə ölçüb-biçin. Lazım gəlsə, daha təcrübəli insanlarla məsləhətləşin. Nəqliyyatda diqqətli olun.
QIZ - Genetik fonunuz gücləndiyi üçün əsasən doğmalarınıza qarşı mehriban olun. Hər hansı yersiz ittihamdan, köhnə haqq-hesabları aydınlaşdırmaqdan çəkinin. Ulularınıza duaları əsirgəməyin.
TƏRƏZİ - Qarşınızda duran məsələləri həll etmək indi daha asandır. Sadəcə, qəti qərar vermək üçün özünüzdə güc tapmalısınız. İnanın ki, belə olsa, nəticədən razı qalacaqsınız.
ƏQRƏB - Sevgi amilinə daha çox yer ayırın. Çünki maddiyyatı fikirləşdikcə pul sizdən qaçır. Bu gün mənəvi rahatlığınızı təmin edib enerji yığın ki, qarşıda sizi gözləyən uğurlara gücünüz yetsin.
OXATAN - Böyük layihələri reallaşdırmaq üçün əla vaxtdır. İdeyalarınızı həyata keçirməkdə pula heyifiniz gəlməsin, axı siz xəsis deyilsiniz. Bu gün davranış və üst-başınıza ciddi fikir verin.
OĞLAQ - Son vaxtlar ətrafınızda olanlara "soyuq adam" təsiri bağışlamaqdasınız. Əslində belə olmadığınız üçün daxilinizdəkiləri büruzə verməyə çalışın. Axşama doğru ovqatınız yüksələcək.
SUTÖKƏN - Sizin qədər arzu-istəyi olan Zodiak işarəsi yoxdur. Amma niyyətlərinizin həyata keçməsi sizdən asılı olmadığı üçün gözləməlisiniz. Axı səbrliləri Allah da sevir.
BALIQLAR - Göy qübbəsi məsləhət görür ki, gün ərzində dinə zidd hərəkətlərə yol verməyəsiniz. Adicə kimisə acılamaq, xətrinə dəyən zarafat da olmaz. İşlə bağlı təkliflərə razılıq verin.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes