BolgeXeber.Com » Gündəm » DSX-nın Maddi-Texniki Təminat Baş İdarəsində şübhəli tender əməliyyatları

DSX-nın Maddi-Texniki Təminat Baş İdarəsində şübhəli tender əməliyyatları

28-05-2020, 13:03
Oxunub: 9 849 DSX-da keçirilən tenderlərlə bağlı kifayət qədər ciddi faktlar üzə çıxıb. DSX-nın Maddi-Texniki Təminat Baş İdarəsində talançılıq hallarının çoxalması son həbslərdə də bir daha öz təstiqini tapdı. 
İxa.az bildirir ki, redaksiyanın elektron poçt ünvanına daxil olan məlumatda iddia edilir ki, DSX-nın Maddi-Texniki Təminat Baş İdarəsinin nəzdində yaradılan tender komissiyası ciddi qanun pozuntuları ilə məşğul olub.

Bildirilir ki, DSX-nın Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant İsmayıl Əkbərov olsa da, idarəni faktiki olaraq onun müavini general Cavid Abdullayev və Cəlal Qasımov adlı polkovnik öz nəzarətində saxlayır. İddiaya görə, tenderlərdə Cəlal Qasımovun “rəyi” olmasa heç bir şirkət qalib ola bilməz.
DSX-da keçirilən əməliyyata baxmayaraq, bu gün də tenderlər ənənəvi qaydada həyata keçirilir. Hətta polkovnik Qasımov özündən o qədər arxayındır ki, idarəyə görüşə gələn müəssisələrin rəhbərlərinə açıq şəkildə “vur ikiyə, böl üçə” deyərək “şapka” tələb edir. Sövdələşmə baş tutmayanda “sənin təklif etdiyin məhsullardan nə çoxdur” deyib yola salır.
İddiaya görə, Cəlal Qasımovun tenderlərin qalibi elan etdiyi şəxslərin DSX-ya verdiyi hərbi və mülki texnikaların ehtiyat hissələri Çin və Dubaydan gətirilir. Dövlət qurumları tərəfindən araşdırma aparılacağı təqdirdə bunu asanlıqla müəyyən etmək olar.
Bundan başqa, bildirilir ki, polkovnik Qasımovun biznes ortaqları ölkədə və offşor zonalarda qurduqları MMC-lər vasitəsi ilə “Amazon.com” onlayn alış-veriş platforması vasitəsilə Çindən topdan satın alınan, eləcə də Dubayda istehsal edilən və ya dəstləşdirilən məhsulları Sərhəd Qoşunlarına şişirdilmiş qiymətlərlə sırımaqda davam edirlər.
DSX Sahil Mühafizəsinin istifadəsindəki Almaniya istehsalı olan komperessorların, Fransa istehsalı olan dalğıc avadanlıqları üçün alınan filtirlərin mənşə ölkəsi araşdırılarsa, bu şəxslərin öz maddi maraqları naminə su altında əməliyyatlar aparan heyətin həyatının hansı təhlükəyə atıdqlarını üzə çıxarar.
Məlumatlarda həmçinin kater və gəmilərin harda və hansı şərtlər altında təmir olunması faktları da yer alır. Məlumatlarda Cavid Abdullayevlə bağlı da maraqlı məqamlar var.
Yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.