BolgeXeber.Com » Gündəm » Həftəsonu küçəyə çıxmaq 2000 manatadək cərimə və ya həbslə nəticələnə bilər - RƏSMİ
Həftəsonu küçəyə çıxmaq 2000 manatadək cərimə və ya həbslə nəticələnə bilər - RƏSMİ
5-06-2020, 10:54
Oxunub: 2 408
Şənbə və bazar günləri evdən çıxanlar cərimə oluna və həbs edilə bilərlər.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzTV-də yayımlanan "Hədəf" verilişində bildirib:
"Məhdud sayda icazə verilən təşkilatların əməkdaşlarının gediş-gəlişinə icazə verilməsi, fəaliyyətinə icazə verilən təşkilatların xidməti nəqliyyat vasitələri istisna olmaqla şənbə və bazar günü əhalinin evdən çıxmasına, ictimai nəqliyyatın hərəkətinə tam qadağa qoyulub. Kimsə fikirləşməsin ki, mənim portalda icazəm varsa, öz avtomobilimi əvvəlki qaydada istifadə edə bilərəm.
Fərdi və İctimai nəqliyyat vasitələrindən, avtobus və taksilərdən istifadəyə icazə verilməyəcək. Bu qadağalar Bakı, Sumqayıt Gəncə şəhərlərinə, Abşeron rayonu və Lənkəran şəhərinə aiddir. Bu hallar istisna olmaqla kimsə evdən çıxarsa, qanunu pozmuş olur. Bu, İnzibati Xətalar Məcəlləsinin bilavasitə 211.1-ci maddəsinin tələbinin pozulması deməkdir.
Əhali başa düşməlidir ki, evdən çıxmaq təkcə maskaların daşınması qaydalarının pozulması deyil. Bu, bilavasitə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 100 manatdan 200 manatadək fiziki şəxslərin, 1500 manatdan 2000 manatadək vəzifəli şəxslərin və 2000 manatdan 5000 manatadək hüquqi şəxslərin məsuliyyətə cəlb olunması deməkdir.
Eləcə də cərimədən əlavə fiziki və ya hüquqi şəxslərin bir ay müddətədək inzibati həbs cəzası ilə cəzalandırılması ilə nəticələnə bilər. Ona görə də, hər kəs başa düşməlidir ki, evdən çıxmaq xüsusi karantin rejiminin pozulmasıdır. Ona görə fiziki şəxslər 100 manatdan 200 manatadək cərimə olunacaq, yaxud inzibati qaydada həbs olunacaqlar. Fikirləşməsinlər ki, mən 50 manat cərimə ödəyəcəm, bununla da iş yekunlaşacaq".
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər
- 4-03-2021, 18:26 : Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO
Xəbərlər
- 19-02-2021, 09:29 : İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)
Gündəm