BolgeXeber.Com » Gündəm » Azərbaycanda koronavirusdan ölənlərin sayı 100-ü ötdü

Azərbaycanda koronavirusdan ölənlərin sayı 100-ü ötdü

10-06-2020, 19:30
Oxunub: 3 755 Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
 
Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 8 530 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 720 nəfər müalicə olunaraq sağalıb, 102 nəfər vəfat edib, 3 708 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.