BolgeXeber.Com » Gündəm » Məhkəmə baş redaktor Mahmud Tağıyeva qarşı sifarişli qərar çıxardı

Məhkəmə baş redaktor Mahmud Tağıyeva qarşı sifarişli qərar çıxardı

23-05-2013, 14:05
Oxunub: 5 460 Biz vətəndaş Rauf Cəbiyevin Bakı DYPİ-nin şöbə rəisi Malik İbrahimovun qanunsuz əməllərindən dəfələrlə yazı dərc etmişik. Qaqfazregion.az Rauf Cəbiyevlə əlaqə saxladıqda o bizə bildirdi ki,bu ayın 3-ü evdə olarkən yaşadığı mənzilə Bakı DYPİ-nin əməkdaşları gələrək onu zorla məhkəməyə aparmış və ona 5 sutka həbs cəzası veriblər.
Qeyd edək ki,son vaxtlar bu kimi hallar adi şeyə çevrilib. Vətəndaş, məsələni mətbu orqan vasitəsilə ictimaiyyələşdirəndən sonra, Malik İbrahimov kimi məsul şəxslər öz çirkin əməllərinin izlərini itirmək məqsədi ilə məhz belə vasitələrə əl atırlar. Elə bu üsulla da aprel ayının 13-də baş vermiş hadisə ilə bağlı,vətandaş Rauf Cəbiyevi may ayının 3-ü zorla gəlib evdən götürərək məhkəməyə apararaq 5 sutka həbs cəzası veriblər. Demək olar ki,hamıya məlumdur ki, Bakı DYPİ-nin inzibati ərazisi də Yasamal rayonunun ərazisində yerləşir və bildirək ki, Rauf Cəbiyev də həmin rayonun sakinidir.
Bunları nəzərə alaraq Rauf Cəbiyevə 5 sutka cəza verən hakim də şöbə rəisi Malik İbrahimovun xahişinə çox müsbət yanaşıb və yəqin ki,heç soruşmayıb ki, əgər bu şəxs aprelin 13-ü hansısa hadisə törədibsə bəs bu adamı niyə may ayının 3-ü məhkəməyə gətirirsiniz?! Çox maraqlıdır ki,niyə bu 5 sutka həbs cəzası Rauf Cəbiyevə, o həm mətbuat vasitəsilə, həm də DİN-nin elektron saytından Malik İbrahimovun qanunsuz əməllərindən cənab nazirə müraciət edəndə verilib?!
Deməli belə çıxır ki,DİN-in ərizə şikayətlər şöbəsinin rəisi Malik İbrahimov kimi qanunsuzluqlarla gündəmə olan məmurlarla əvvəlcədən əlbir olub,onlar barəsində cənab nazir Ramil Usubova ünvanlanan müraciətlərə qarşı əvvəlcədən tədbir görürlər.Yəni o müraciətləri elə idarələrənin üstünə göndərirlər ki,həmin şikayətlər elə həmin idarələrdə də yerli-dibli silinib gedir.
Biz cənab nazir Ramil Usubova yol göstərmək fikrində deyilik,ancaq bizə elə gəlir ki,son vaxtlar ən çox hansı məmurlardan DİN-nin ünvanına şikayətlər olunursa, vətandaşlarda dövlətə qarşı şeçki qabağı pis fikir yaradan məmurlar da elə onlardır. Biz bilirik ki,DİN-in 100 mindən artıq şəxsi heyəti var və cənab nazir layiqincə DİN-dəki bütün strukturlara nəzarət edir.
Bizim də bir mətbu orqan olaraq vəzifə borcumuz dövlət orqanlarında işləyən məmərların əməllərində aşkar etdiyimiz nöqsanları üzə çıxararaq bu barədə ictimaiyyəti və dövlət başçısını məlumatlandırmaqdan ibarətdir.Biz heç kimə qarşı qərəzli mövqe tutmamışıq,sadəcə özbaşnalıqlar edib vəzifə səlahiyyətlərini aşan məmurların qanunazidd əməllərini üzə çıxarırıq. Qafqazregion.az Rauf Cəbiyevlə əlaqə saxlayanda,o bizə bildirdi ki,Bakı DYPİ-nin şöbə rəisi Malik İbrahimov onu öz otağına dəvət edib və bildirib ki,”mən bilməmişəm ki,sən taksi sürücüsüsən və ailəlisən,bilsəydim heç səni belə cəzalandırmazdım.
Rauf Cəbiyev bizimlə söhbətində onu da bildirdi ki,onunla Malik İbrahimovun arasında vaistəçi rolunu Malik İbrahimovun işçisi Emin Süleymanov oynayıb. Rauf Cəbiyev bildirdi ki, ona 5 sutka cəza veriləndə Malik İbrahimov əmr verib ki, ona 10 sutka versinlər,ancaq sən demə o vaxt Emin Süleymanov öz rəisindən Raufa 5 sutka verilməsini xahiş edib.
Bu yaxınlarda, Rauf Cəbiyev 5 sutka həbs cəzası çəkib qurtarandan sonra,onunla Malik İbrahimovun barışdırmaq istəyən də elə Emin Süleymanov olub. Qeyd edək ki,Emin Süleymanov hal-hazırdakı vəzifəsindən əvvəl 26-cı polis bölməsində növbətçi hissədə işləyib.Həmin bölmədə ki,hansı ilə üzbəüz Rauf Cəbiyev yaşayır . Rauf Cəbiyevin Emin Süleymanovla münasibətləri də elə 26-cı bölmədən yaranıb. Aldığımız məlumata görə Emin Süleymanov hələ 26-cı bölmədə işləyəndə,həmişə cənab nazir Ramil Usubovla qohum olduğunu hər yanda bildirib.
Demək olar ki,Emin Süleymanov polisdə xidmətə başladığı ilk günlərdən çoxu elə buna görə də ona hörmətlə yanaşıb. Elə buna görə də Emin Süleymanova hörmətlə yanaşanlardan biri də Rauf Cəbiyev olub. Rauf Cəbiyev Malik İbrahimovla görüşdə Malik İbrahimov ona bildirib ki,”daha gecdir, sənin sürücülük vəsiqəni 1-illik “lişeniyaya”salmışam,ancaq sən narahat olma,mən sənə kömək edəcəm ki,sən onu 6 aya götürəsən”.
Həm də bildirib ki,bir də onu, bu yaxınlarda DİN-nin elektron poçtuna göndərilən şikayət ərizəsi ilə bağlı idarəyə çağıracaqlar ki,gəlib, həmin ərizəni əsəbi olduğundan yazmasını izahatda qeyd etsin və yazsın ki, heç kimdən şikayəti yoxdur.
Rauf Cəbiyevin dediyinə görə Malik İbrahimov ona öz mobil telefonunun nömrəsini də verib ki,əgər yolda nəsə problemi olsa ona zəng etsin . Bax belə, əziz oxucu,bu da Bakının Yasamal rayonu və Badamdar qəsəbəsində yerləşən Bakı DYPİ-in Malikləri,Eminləri və Mərdanları. Mərdan Əliyevdən yazdıq ki, özünün dediyinə görə o Bakı şəhərində sürücülərin “falına” baxıb taleyini həll edir,o da götürdü rəisi Nüşrəvan Səfərovun və Malik İbrahimovun sözü ilə verdi bizi məhkəməyə ki,güya bununla biz onun şərəf və ləyaqətini alçaltmışıq.
Biz də onun bizə qarşı etdiyi hərəkətin cavab olaraq ,onunla bağlı araşdırmanı daha dərindən apardıq və bu gün qəzetlərdə artıq “fala” baxandan yox, amansızcasına ananı və azyaşlı uşağı qətlə yetirib ömürlük həbs cəzası alan Əliyev Qalıb İbadulla oğlunun qardaşından yazırıq. Həmin qatilin qardaşından ki,hansı ki,DİN-dən öz qatil qardaşınıda qizlədib ki,güya onun o adda qardaşı yoxdur.
Biz bilirik ki,Əliyev Mərdan bu gün etdiyinə görə çox peşmandır. Ancaq bizə qarşı müharibə elan edən Bakı DYPİ-in rəisi Nuşrəvan Səfərov olub və onun da əlində bir alətə çevrilmiş fiqurlar Malik İbrahimovla Mərdan Əliyevdir.Onların bir alətə çevrilməyini Mahmud Rasimoğlu ilə söhbətdə, Mərdan Əliyevin böyük qardaşı, yeni yaradılan Pirallahı rayonunda vəzifə sahibi olan Əliyev Yusifdə təsdiqləyib.
O bildirib ki, onun qardaşı rəisinin əlində baş redaktorla bağlı məsələdə qurbanlıq quzuya çevrilib. Ancaq rəisin nəzərinə çatdıraq ki,araşdırmalarımız davam edir. Bu gün Nərimanov rayon məhkəməsinin hakimi Məzahir Sadiqov Mahmud Rasimoğluna qarşı xəbər portalımızda təkzib və Rasimoğludan 3 min manat tutularaq Əliyev Mərdana verilməsi haqda çox ədalətsiz qərar çıxarıb.
Bununla da Azərbaycanda məhkəmələrin müstəqil qərar çıxarda bilməməsi ,bir sözlə hakimlərin müstəqil olmaması yenə də öz təsdiqini tapdı. Yəni, Məzahir Sadiqovun bu gün çıxardığı qərar Nüşrəvan Səfərovun doğma xalası oğlu olan Ali Məhkəmənin sədri Ramiz Rzayevin əmri ilə çıxarılıb. Sonda Bakı DYPİ-in şöbə rəisi Malik İbrahimova da bir tövsiyəmiz var ki, dövlət qeydiyyat nişanı 90-RH-077 olan və lazım olanda həmin nömrəni yalançı Rusiya nömrəsi ilə dəyişən “Niva” markalı avtomaşının “qonşik” sürücüsünə həddən-ziyadə ixtiyar verməsin.
“Qonşik” sürücü səhərdən axşamacan səhərdə qəzərək avtomaşınları qeydiyyata alır,axşamlar isə rəisinə məlumat verir ki,hansı avtomobili sürücünün əlindən alıb cərimə meydançasına qoymaq olar.
Buradan, bir mətbu orqan olaraq,üzümüzü tuturuq Baş prokurorun yanında korrupsiya idarəsinə. Əgər həmin idərə həmin o “qonşik” sürücünü idarəyə gətirtsələr,o Malik İbrahimovun qanunsuz əməllərindən çox şey deyə bilər. Biz sadəcə bir mətbu orqan olaraq jurnalist araşdırmamamızı apardıq.Bundan sonra məsuliyyət düşür hüquq- mühafizə orqanlarının boynuna.Onlar istəsələr,bizim yazdıqlarmızla əlaqədar böyük bir əməliyyat tədbiri keçirə bilərlər..
Bu yaxınlarda bir yerdə 90-VH-077 nömrəli “Niva markalı avtomobilin sahibi maraqlı söhbət ederək deyib ki, şəhərdə onun avtomobilimin nömrəsini 90-RH-077 ilə səhv salıblar.”Hamı şəhərdə məni görərək tənqid edir,ancaq sonda mən bildirdim ki,ay qardaşlar mənim “Niva”mın seriyası VH -dır, Malik İbrahimovun əl altısının nivasının seriyası isə RH”-sürücü deyib
Sonda bir məqamı da oxucuların diqqətinə çatdırım.Bu gün keçirilən məhkəmədə Mərdan Əliyevin vəkilləri absurd və gülməli bir fikir söyləyiblər ki,guya qarşı tərəfin- baş redaktor Mahmud Tağıyevin jurnalist fəaliyyəti ilə məşğul xüsusi icazəsi olmadığımdan o jurnalist fəaliyyəti ilə məşğul ola bilməz.Maraqlıdır ki,bu məntiqsiz fikrə hakim Məzahir Sadiqov da etiraz etməyib.
Özünüz düşünün belə absurd fikri dilə gətirən adamlardan hansı haqq-ədalət gözləmək olar?!Birincisi bu adamların nəzərinə çatdıraq ki, məlumunuz olsun ki,jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün dünyanın heç bir yerində,o cümlədən də Azərbaycanda xüsusi icazə-filan tələb olnmur.
Yetər ki, yaxşı və həqiqəti əks etdirən yazılar yaza biləsən.Qanunla da hər kəs,hətta jurnalist olmasa da fikrirlərini hər hansı mətbu orqanda işıqlandıra bilər.Adam ümumiyyətlə bu elementar həqiqəti hələ də dərk etməyən belə düşünə sahiblərinin olmasından dəhşətə gəlir. İkincisi bu adamlara təsir edən heç də bu deyil.
Mərdan Əliyevin arxasında duran adamları qıcıqlandıran ,onların qanunsuz əməllərinin bizim mətbu orqanda dərc olunması və bu qanunsuzluqlar haqada geniş ictimaiyyətin xəbərdar olmasıdır...
Qafqazregion.az