BolgeXeber.Com » Gündəm » Polisi aşağılamaq itaətsizliyə çağırışdır - sabiq polis rəisi yazır

Polisi aşağılamaq itaətsizliyə çağırışdır - sabiq polis rəisi yazır

17-06-2020, 22:53
Oxunub: 2 816 “Kimin qulağı həqiqət üçün bağlıdırsa
və onu eşitmək belə istəməzsə, artıq heç nə onu xilas etməz.”

Siseron

Bir neçə gün öncə, Yasamal rayonunda baş verən hamıya bəlli olay “ictimai rəyin” polis əleyhinə yön almasına təsir etdi. Əslində dövlətin və hüququn yarandığı uzun əsrlər ərzində quldar, feodal, kapitalist və sosialist təfəkkürlü sinfin, bu günkü anlamda ifadə etsəm, hüquq və azadlıqlarının mühafizəsini hakimiyyətdə olan komandanın iradəsini ifadə edən normalara uyğun polis həyata keçirib.

Mən, diqqəti qüvvədə olan Azərbaycan Respublikasının Konstitusiyasından əvvəl hamılıqla tanınmış “Ümumdünya İnsan hüquqları haqqında 1948-ci il Bəyannaməsi”nə yönəltmək istəyirəm: “İnsan hüquq və azadlıqlarına hörmət” prinsipi mahiyyətcə hər bir dövlətə iqtisadi inkişafından asılı olmayaraq heç bir halda özgəninkiləşdirilməməsini diqtə edir. Çünki bu hüquqlar toxunulmaz, ayrılmaz və pozulmazdır. Bütün bəşər əhlinin marağından çıxış edən bu dəyərlər polis orqanlarında –bütövlükdə hakimiyyət strukturlarında çalışanların hamısına şamil edilir. Polisin vətəndaş kimi hüquq və azadlıqları, daha sonra “Polis haqqında” Qanunda ehtiva edilən xidməti fəaliyyət istiqamətləri ilə bağlı hüquq və vəzifələri nəzərdən keçirdikdə hər şey aydın olur.

Amma adi yanaşmada görünməyən bir hüquq-mühafizə mənzərəsi diqqət çəkir. Hər yerdə hüquq və azadlıqların mühafizəsi, asayişin qorunması, habelə idarəçilik quruluşunun əleyhinə olan hərəkət və hərəkətsizliklərin qarşısını almaq funksiyası daha çox polisin gücü ilə təmin edilir.
Sərt karantin günlərində hansı hallarda evdən çıxmağa icazə verilir?
Polis bir tərəfdən baş verə biləcək ağır və yaxud, xüsusilə ağır cinayətlərin qarşısını almaq, qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin isti izlə açılmasını təmin etmək üçün ictimaiyyətlə sıx təmasda olmaq, ictimai qaydanı qorumaq və konstitusion quruluşun əleyhinə olan hər cür halları da zərərsizləşdirmək vəzifəsinə sədaqətlə yanaşdığına görə “kobud” rəftar bəzən qaçılmaz olur. Heç nə təsadüfdən baş vermir.

Digər tərəfdən polis yaranmış karantin rejimin gərgin vəziyyətinə - Operativ Qərargahın qərarlarına riayət olunmasına kontrol edir, hüquqi məsuliyyətin növlərinə müvafiq sənədlər toplayır. 24 saat əhali ilə sıx (gərgin) təmasda olan vaxt ərzində müvazinəti qoruyub saxlamaq da həmişə mümkün olmur, hamı tolerantlıq nümayiş etdirə bilmir. Etiraf etmək lazımdır ki, gərgin karantin rejimi həm əhalinin, həm də bəzi polis əməkdaşlarının davranışlarında gərginlik yarada (yaradır) bilər.
Xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin ...

Diqqət edin: Bakının bəzi rayonlarında su qıtlığı barədə rəsmi elan verilir, elektrik enerjisinin, mavi yanacağın fasilələrlə məhz qadağan olunmuş vəziyyətdə nəqli sakinlərdə “özündənçıxma” vəziyyətini yaradır. İki gün evdə qalmağa məcbur ediliriksə, suyumuz da, işıq və mavi yanacaq da daimi olmalıdır! Bacarmayanlar SABOTAJÇILIQ (müəyyən vəzifələrin qəsdən baş verməməsi və ya səhlənkarlığı, bir şeyin həyata keçirilməsinə gizli müqavimət) hərəkətlərinə görə dərhal vəzifələrindən istefa verib, cavabdehlik daşımalıdırlar. Niyə bu iki gün ərzində su, işıq, qaz olmamalıdır? Bu qurumların qaynar telefon xətləri isə yalnız əsəb və hiddət mənbəyidir. Operativ Qərargahın qərarlarının bu qurumların kollektivinə aidiyyatı yoxdurmu? Suallar çoxdur. Amma cavabını istəyənlər bir yerə toplaşanda polis o dəhlizdə əsas güc və hakimiyyətin əsas personası olaraq irəli çıxır. Burada artıq hüquq və vəzifələr toqquşmağa “məhkumdur”. Polisin adı kobudluqda hallanır (Mən bunu məcburi kobudluq adlandırardım) və baş verən xoşagəlməz halların səbəbi aydın olur. Son üç ay ərzində polisin təyinat miqyası çox böyüyüb, vəzifə yükü ağırlaşıb. Qoy ağırlaşsın. Həmişə belə olub və heç vaxt polis bu ağırlıqdan gileylənməyib.
Vətəndaşlardan polisə dəstək mesajları

Ordu formalaşmayan vaxtlarda - polis döyüşür. Bədbəxt hadisələr olur - polis xilaskar kimi davranır. Hamilə qadını xəstaxanaya çatdırır, alovun ağzından cocuğu alıb valideyninə qaytarır və s... Belə qürur duyduğumuz vəzifə sahiblərini gördükdə “borcudur, polis elə belə də olmalıdır”-deyirik. İndi də baş verənləri böyütməyə haqqımız yox! DİN-nin islahatçı rəhbərliyi var, səbr edin, açıqlaması veriləcək (verilməyə də bilər.) Son nəticədə keçənlərə güzəşt deyək. Çünki söhbət Azərbaycan dövlətinin təməlini təşkil edən və hakimiyyətin mənbəyi sayılan xalqın iki mühüm zümrəsi - polis və cəmiyyət arasında yaranan anlaşılmazlıqdan gedir. “Körüyü çox basmağa əsla ehtiyac yoxdur. Vəziyyət “alovu” söndürməyi diqtə edir. Həqiqət nifrət doğursa da, belədir.
Polis də bizim birimiz, o sakinlər də sabahımız və gələcəyimiz.
Qənaətimə görə (yəqin məni qınamazsınız) hadisənin bir an içərisində məcrasından çıxması, cəmiyyət üçün yeni bir fövqəladə-karantin vəziyyətinin yaşanması məqsədli idi. Cəmiyyətin yox, kimlərinsə marağını ifadə edirdi. Məqsəd: Mart ayından bu günə qədər davam edən gücləndirilmiş xidmət subyektlərinin missiyasını gözdən salmaq, polisə olan vətəndaş məmnunluğunu baltalamaq, polisin GENERALİTET elitasının nüfuzunu müəyyən dairələrdə aşağı salmaqdan başqa bir şey deyildi.
Polislər sərtləşdirilmiş karantin rejiminə əməl olunmasına ciddi ...

Polis 100 illik tarixi ərzində dramatikləşdirilən çoxlu belə hadisələrin şahidi olub, bundan sonra da hələ çox olacaq. Zaman-zaman bunu görürük. Yetər ki, hər tərəf üçün dərs olsun - “İBRƏT DƏRSİ”. Əks təqdirdə, hara və kimlə gedəcəyimiz yolu seçməkdə çətinlik çəkərik.

Mən, bir vətəndaş-hüquqşünas, minlərlə təqaüdçülərdən, müharibə veteranlarından, yüzlərlə QHT rəhbərlərindən və xəbər portallarının təsisçilərindən biri kimi bu tragikomik olaya romantik yanaşa bilmirəm. Tərəfsiz mövqedə də deyiləm. İndi də belə düşünürəm. Yəqin, sabah da belə olacaq. Amma sosial şəbəkələrdə meydan tutan statuslar əxlaqa, mədəniyyətə, iffət və mənəviyyata zidd çağırışlar cəmiyyətdə polis və onu haqlı “müdafiə edənlərə qarşı durmaq” təşviq edilir,  itaətsizliyə dəvət edilir. Bu düşüncədə olanlar anlamalıdırlar ki, polis hakimiyyətin inzibati budağı kimi, spesifik səlahiyyətlərə malik bir orqandır. Ona edilən həqarətlər və aşağılayıcı ifadələr cinayətkarlıqla mübarizə aparan bir qurumun müəyyən - həssas həlqəsinin vəziyyətində cəmiyyətin heç vaxt arzulamadığı ekstses - ümumi niyyətdən kənara çəkilmə şəraitini yarada bilər. Bunu təsəvvür etmək belə ziyandır...

Daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov həddini aşmış polis əməkdaşları barədə artıq müvafiq akt qəbul edib. Bunu müzakirə etməyin tərəfdarı deyiləm.

Bəs, dövlət rəmzlərinin həkk olunduğu mundirdə polisin başına zibil tökənlərin suçu bağışlanmalı, yoxsa rəğbətləndirilməlidir? Təcrübəmdən çıxış edərək deyirəm: Polisə olan şikayətlər sırasında ailə münaqişələrinin həlli barədə müraciətlər az olmur. Bu cür şikayətlərin araşdırılmasında polis daha çox arbitr, təhqiqatçı, bəzən “ittiham”çı, bəzən də qayğıkeş tərəf kimi çıxış edir. Hazırkı situasiyanın süjeti və leytmotivi başqa cür düşünməyə əsas verir. “Ssenari müəllifinin və rejissor”un məqsədi aydın sezilir: DİN-nin nüfuzuna qarşı aparılan bir siyasi təxribat...
Yuxarıda qismən qeyd etdiyim kimi, bu gün polisi vətəndaşlarla qarşıdurmaya sövq edən hallar az deyil. Məgər polis əməkdaşı avtobus sürücüsünə və yaxud sərnişinə də maska taxmamağı barədə irad tutmalıdır? Metrolarda da belədir. Bəs, Bakı Nəqliyyat Agentliyinin və yaxud  Metropolitenin işçilərinə karantin rejimi qaydalarının icrası şamil olunmur? Olunur! Amma, görsənmir... Eyni iradı yerli idarəçilik orqanlarına - bələdiyyələrə, icra hakimiyyətinin tabeliyində olan strukturlara da bildirmək olar. Koordinasiya zəifdir.
AzTV | Azərbaycan Televiziyası

Paytaxtın Yasamal rayonunda baş verən məlum olay zamanı polisin ünvanına səsləndirilən jarqon ifadələr, söyüşlər azyaşlıların və yeniyetmələrin  iştirakı ilə baş verib. Təəssüratım belədir ki, o uşaqların polis “əmilərinə” münasibəti valideynlərinin münasibətindən fərqli ola bilməz. Bir anlıq, həmin günü söyüş və zibil tökənlərlə, xidmət aparan polislərin yerini dəyişsək, görən mənzərə necə olacaqdı? Fərqli olay baş verəcəkdimi?...

Hər iki tərəf - polis və sakinlər daha təmkinli davrana bilərdilər. Amma təcrübə göstərir ki, daxil olmuş məlumat əsasında hərəkət edən polislər bəzən humanist davranışlarına qarşı ağılasığmaz olayla üzbəsurət qalır, ağır cinayətin qurbanına çevrilirlər. Məsələn, iki-üç il bundan əvvəl baş vermiş Gəncə hadisələrini xatırlayaq. Sakinlərlə adi vətəndaş kimi davranan Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavininin qətlə yetirilməsini gözümüzün qabağına gətirək. Əliyalın polis polkovnikinə sakinlərdən biri odlu silahdan atəş açmışdı... Yüksək rütbəli polis zabiti ən azı, özünü müdafiə məqsədilə başqa cür də davrana bilərdi...

Ona görə də polis, aldığı tapşırıq əsasında öncədən getdiyi yerdə nə baş verəcəyinə sadəlövhcəsinə ümid bəsləyə bilməz. Polis həmişə, hər zaman çağırılan yerə bütün xidməti vasitələrlə təchiz olunmuş qaydada hazır getməlidir ki, acı nəticələr baş verməsin .

Bir hadisəni də qeyd etmək yerinə düşərdi. Təxminən beş il bundan öncə yenicə amnistiya aktı ilə cəzaçəkmə yerindən azad olmuş, hələ məhkumluğu “soyumamış”, “Fəvvarələr” meydanında sərxoş halda sakinlərin istirahətinə mane olan biri post patrul xidməti əməkdaşının haqlı iradına tuş gəlir. Tərbiyəvi söhbət səmərəsini vermir. Məhkumdan ayrılıb xidmətinə davam edən polis əməkdaşı məhkum olunmuşun qəfil, arxadan hücumuna məruz qalır, ona bir neçə bıçaq zərbəsi endirir. Nəticədə polis əməkdaşı yerindəcə dünyasını dəyişir. Qatili zərərsizləşdirmək isə mümkün olmamışdı... Belə hadisələrin sayı çoxdur, amma cəmiyyətin bu barədə məlumatı azdır.
Gununxeberi.az - “Tarqovı” karantində - FOTO
Və yaxud, sosial şəbəkələrdə polisi  “cəsarətləri çatırsa erməniləri belə qandallayıb aparsınlar” fikirləri də qarayaxmadır. Bu yazıqların xəbəri yoxdur ki, erməni faşistləri ilə ilk döyüşən və şəhid olan könüllülərlə polislər olub. İndi polisi aşağılayanlar həmin vaxtlarda bəlkə də ana bətnində idilər. Barıt qoxusunu dadmayanlar belə düşünür...

Çox istərdim ki, hər birimiz haqsız davrandıqlarımızı bilək və hərəkətlərimizdən xəcalət çəkib bir daha onu təkrar etməyək.

İnsan mədəniyyət və əxlaqla birlikdə doğulur. Rəbbimiz Hz.Adəmi qupquru palçıqdan yaradarkən ona “OL” demişdi. O, da fövrən canlı insan, ağıl və mədəniyyət, əxlaq sahibi, yer üzünün zinəti, canişini və xəlifəsi olaraq yaradılmışdı. Baxın, bu “canişinlər” və “xəlifələr”, “mədəniyyət”və “əxlaq sahibləri” nələr edirlər, nələr?  Mədəniyyət və əxlaq insaniyyətin himnidir deyərdim. Bu rəmz, insanın içinə və yoluna işıq saçmalı, Aristotelin dediyi “İnsan ictimai heyvandır” və yaxud  “vəhşi məxluqdur” (F. Nitşe) fikirləri Allahın bizə bəxş etdiyi nurun və ağılın dəstəyi ilə  şəxsiyyətə çevrilir, ona qovuşur və formalaşır.
Sonda: “O, belə edirsə, mən niyə belə davranmayım?” tezisi bu günün fəlsəfi şüarı deyil. Yadda qalan, hər şey öləndən sonra “yaşayacaq və yaşadacaq”,  “mədəniyyət və əxlaq” sahibi olsaq, qarşıdurmalara yer qalmayacaq.

Unutmayaq! Polisimiz bizi qoruyur. Biz istəsək də, istəməsək də bu, onların vəzifə funksiyası, vətəndaş borcu və konstitusion vəzifəsidir. Cəmiyyət olaraq biz  də onlara dəstək olmalıyıq.
                                                                                                                                               
Bakupost.az - Ramazan ayının güşüncələri

Şəmsəddin Əliyev,

İstefada olan polis polkovniki, Polisə Dəstək İB-nin sədri