BolgeXeber.Com » Gündəm » Azərbaycanda koronavirusa daha 508 nəfər yoluxdu: 6 nəfər vəfat etdi

Azərbaycanda koronavirusa daha 508 nəfər yoluxdu: 6 nəfər vəfat etdi

23-06-2020, 20:40
Oxunub: 3 739 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 508 yeni yoluxma faktı qeydə alınıb, 335 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6 045 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6464, ötən müddət ərzində isə ümumilikdə 432 858 test aparılıb.