BolgeXeber.Com » Gündəm » Xüsusi karantin rejimi daha iki həftə uzadılır

Xüsusi karantin rejimi daha iki həftə uzadılır

30-06-2020, 18:56
Oxunub: 4 107 “Nazirlər Kabineti yanında Operativ Qərargah Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi nəzarəti və diqqəti altında fəaliyyət göstərir”.
 Bolgexeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, koronavirus müharibədir və bu, davam edir: “5 iyul tarixinə kimi sərtləşdirilmiş karantin rejimi tətbiq edilib. Bundan sonra da karantin rejiminin 2 həftə artırılması ilə bağlı fikirlər və rəylər var. Bununla bağlı da məlumat veriləcək”.