BolgeXeber.Com » Gündəm » Sabahdan havanın temperaturu enəcək

Sabahdan havanın temperaturu enəcək

27-05-2013, 08:30
Oxunub: 4 200 Sabahdan Azərbaycanda havanın temperaturu nisbətən enəcək, bəzi yerlərdə yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Gecə 15-17°, gündüz 22-24° isti olacaq.

Azərbaycan rayonlarında havanın temperaturu gecə 12-17°, gündüz 21-26° isti olacaq.

Əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.