Azərbaycanda sifarişli qətlin üstü açıldı
27-05-2013, 17:25
Oxunub: 6 489
Bakıda törədilmiş qətl hadisəsi ilə bağlı axtarışa verilmişşəxslər tutulub.Bolgexeber.com –un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi RPİ və Bakı şəhər Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmiş və orada ölmüş Mirəli Həqizadənin ölümünü sifariş verən Bakı şəhər sakini Aydın Rüstəmov və həmin cinayəti icra edən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Şahvələd İmanov Göygöl rayonu ərazisində tutulub. Ondan 1 ədəd “TT” markalı tapança, 1 ədəd sandıqça, 1 ədəd patrondaş və 16 ədəd patron götürülüb.
Qeyd edək ki, Ənvər Qasımzadə küçəsi 72 saylı ünvanın qarşısında naməlum şəxs tərəfindən amansızlıqla öldürülən 37 yaşlı Mirəli Həqizadənin qətlində namus izi müəyyən edilib. milli.az saytının yaydığı məlumatda qeyd edilir ki, “Şəms” MMC-nin rəhbəri olan M.Həqizadəni, naməlum şəxs bıçaqla öldürücü zərbəni vurmamışdan əvvəl tanınmaz hala salıb. Onu sifətinə çapıqlar atılmaqla 20-yə yaxın bıçaq zərbəsi vurulub. Müəyyən edilib ki, M.Həqizadə Bakı şəhərində bir neçə qızı zorlayıb. Onun barəsində zorlama maddəsi ilə cinayət işi də olub. Hətta onun zorladığı qızlardan birinin intihar etdiyi də bildirilir. İstintaq hazırda M.Həqizadənin qatilinin cinayəti məhz namus üstündə törədilməsi versiyası üzərində işləyir.
Araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər