BolgeXeber.Com » Gündəm » Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib

Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib

8-07-2020, 18:39
Oxunub: 5 257 Azərbaycanda  542 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  9 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 21 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib, 8 542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 7 355 koronavirus testi aparılıb.