BolgeXeber.Com » Gündəm » Novxanıda mitinq –Fotolar

Novxanıda mitinq –Fotolar

28-05-2013, 13:45
Oxunub: 5 258 Rəsulzadənin heykəli qarşısında mitinq
Cümhuriyyətin 95 illiyi Novxanıda bayram mitinqi ilə qeyd olundu
28 May - Respublika gün münasibətilə Azərbaycan demokratik qüvvələrinin Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə təşkil etdiyi bayram tədbiri davam edir. İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli Cümhuriyyətin 95 illiyi ilə əlaqədar "dövlət müstəqilliyini bərpa edən qüvvələr adından" meydana toplaşanları və xalqı təbrik və mitinqi açıq elan etdi.
Mitinq dövlət himninin ifası ilə başladı.
İbrahim İbrahimli 95 il əvvəl Cümhuriyyətin qurulması, onun istila edilməsi və 70 illik Sovet istilasından sonra Cümhuriyyətin bərpası uğrunda başlayan mübarizə barədə qısa çıxışdan sonra sözü tədqiqatçı Nəsiman Yaqubluya verdi.
Nəsiman Yaqublu Xalq Cümhuriyyətinin hansı mürəkkəb tarixi dövrdə yaranması, gördüyü işlər, dünya çapında bir neçə demokratiya nümunəsindən biri olması barədə danışdı. O, Rəsulzadədən iqtibaslar gətirdi və Cümhuriyyətin qurulmasında bu böyük şəxsiyyətin oynadığı rola toxundu.
***
Bayram mitinqini pozmaq üçün hakimiyyət təxribata əl atıb. Belə ki, həm İ.İbrahimlinin, həm də N.Yaqublunun çıxışı zamanı meydana verilən işıq kəsilib və mikrafonlar işləməyib. Bu səbəbdən çıxılarda fasilə yaranıb. Meydana generator gətirilib və mikrafonlar yenidən işə salınıb.
***
Söz Müsavat başqanı İsa Qəmbərə verildi. İ.Qəmbər bayram münasibətilə xalqı təbrik etdi və ölkədə demokratiyanın bərqərar olması uğrunda aparılan mübarizənin tezliklə nəticə verəcəyinə inandığını dedi.
İ.Qəmbər Cümhuriyyətin yaranmasının tarixi əhəmiyyətindən, bu prosesdə Rəsulzadənin oynadığı roldan, dünya və Azərbaycan tarixinə verdiyi tövhələrdən danışdı.
Müsavat başqanı hazırda hakimiyyətin Cümhuriyyətə v əonun qurucusu Rəsulzadəyə ögey münasibətinə də toxunaraq "Ölkəni Heydər Əliyevin heykəlləri bürüyüb, amma Rəsulzadəyə bircə abidə qoyulmayıb" dedi.
İsa Qəmbər demokratik qüvvələrin Milli Şurasının yaradılması yönündə görülən işlərə toxunaraq bu il Əliyevlər rejiminə son qoya bilmələrini dilədi.