Baş redaktor xarici təşkilatlara üz tutur
29-05-2013, 01:00
Oxunub: 7 712
“Nə istintaq obyektiv aparılıb, nə də olay düzgün şəkildə araşdırılıb”.
Məlum olduğu kimi, Bolgexeber.com Xəbər Portalının rəhbəri Vasif Turanın iki övladı Qobu qəsəbəsində yerləşən evində yanaraq, dünyasını dəyişib. Hadisənin qəsdən törədildiyini bildirən baş redaktor indiyə qədər aparılmış istintaqın da qeyri-obyektiv olduğunu deyir.
JAM.AZ-a açıqlama verən Vasif Turan qeyd edib ki, indiyə qədər baş verən olayla bağlı tələbləri yerinə yetirilməyib. O deyib ki, dəfələrlə müvafiq qurumlara müraciət edərək, onlardan hadisəni törədənlərin tapılmasını tələb edib. Amma hər dəfə tələbləri bir kənara qoyualaraq, uşaqlarının ölümü ilə bağlı məsələ araşdırılmayıb.
Baş redaktor bildirib ki, baş verənlərdən dolayı xarici təşkilatlara üz tutmağı qərara alıb. O deyib ki, artıq bir sıra beynəlxalq təşkilatlara müraciət etməyə hazırlaşır və yaxın günlərdə onların nümayəndələri ilə görüşmək üçün çalışacaq. «İndiyə qədər məlum hadisə ilə bağlı tələblərim yerinə yetirilməyib. Nə istintaq obyektiv aparılıb, nə də olay düzgün şəkildə araşdırılıb. Belə olan təqdirdə beynəlxalq təşkilatlara üz tutaraq, onlardan kömək istəmək məcburiyyətində qalmışam».
Vasif Turan daha sonra bildirib ki, istintaqın obyektiv aparılmaması və uşaqlarına qəsd etmiş cinayətkarların hələ də həbs olunmamasına etiraz əlaməti olaraq daha bir neçə addım atmaq barədə düşünür. «Hələlik beynəlxalq təşkilatlara müraciət etməyə hazırlaşıram. Onların da köməyi olmasa, ardından digər addımlar atacam. Atacağım addımlarla bağlı isə yaxın günlərdə məlumat verəcəm».
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər