BolgeXeber.Com » Gündəm » Operativ Qərargah: Sərt karantin rejimi daha iki həftə uzadılacaq – VİDEO

Operativ Qərargah: Sərt karantin rejimi daha iki həftə uzadılacaq – VİDEO

17-07-2020, 09:30
Oxunub: 3 426 Azərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin yenidən iki həftə uzadılması nəzərdə tutulub.
Bolgexeber.com xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov Azərbaycan Televiziyasının efirində çıxışı zamanı bildirib.
“Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargahda bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması haqqında və onun uzadılmasının qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edilib. Karantin rejiminin əlavə 2 həftə – 15 gün uzadılması nəzərdə tutulub. Buna məcburuq”, – deyə Ş.Mövsümov bildirib.