Rövnəq Abdullayevin ziyarət alveri
29-05-2013, 14:05
Oxunub: 5 591
Türkanı parniklərə çevirən ARDNŞ prezidenti qəsəbə sakinlərini ziyarətə göndərməklə ələ alır
Məmur-oliqarxların ölkənin hər yerində özləri üçün gəlir mənbəyləri yaratması artıq adi haldır. Bunu nazirdən tutmuş, adi büdcə işçisinə qədər edənlərin sayının nə qədər olduğunu isə deməyə dəyməz.
Bu sırada ARDNŞ prezidenti Rövnəq Abdullayev də geridə qalmır. Məlumatlara görə, həmin gəlirli sahələrdən biri də Bakının Türkan qəsəbəsində yaradılıb. Mənbənin bildirdiyinə görə, ARDNŞ prezidenti qəsəbədəki sahil ərazisini bütünlüklə zəbt edib. Oradakı əraziləri isə parnik edib.
Bu barədə məlumat verən qəsəbə sakinləri deyirlər ki, bu parniklərdə əsasən xiyar-pomidor və digər bitkilər əkilir. Amma orada işləyənlərin heç bir Türkandan olan deyil. İstisna halda bir-iki nəfəri çıxmaqla, yerdə qalanların hamısının kənardan gətirildiyi bildirilir.
Yerli camaat isə işsizlikdən əziyyət çəkdiyini və bunun üçün də həmin parniklərdə onlara da iş yerləri verilməsini tələb etdikdə isə Rövnəq Abdullayev yaxşı bir variant tapıb. JAM.AZ-a danışan qəsəbə sakinləri qeyd edirlər ki, ARDNŞ prezidenti camaatın narazılığının qarşısını almaq üçün onları qruplar halında Kərbəla və Məşhədə ziyarətə göndərir. Bütün xərcləri üzərinə çəkən şirkət prezidenti bununla türkanlıların ağzını yumur. Mənbə deyir ki, müqəddəs yerləri ziyarət edən qəsəbə sakinləri bundan sonra susmağı daha üstün tuturlar və arqumentləri də budur ki, «onları müqəddəs yerlərə ziyarətə göndəriblər və haqları onların boynundadır».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər