BolgeXeber.Com » Gündəm » Azərbaycanda 279 nəfər koronavirusa yoluxdu, 592 nəfər sağaldı

Azərbaycanda 279 nəfər koronavirusa yoluxdu, 592 nəfər sağaldı

1-08-2020, 17:07
Oxunub: 6 089 Azərbaycanda koronavirus infeksiyasına  279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış   6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib, aktiv xəstə sayı 5 229-dur. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 283, ötən müddət ərzində isə ümumilikdə 732 236 test aparılıb.