BolgeXeber.Com » Gündəm » Beyləqan peşə məktəbinin direktoru həbs edilə bilər

Beyləqan peşə məktəbinin direktoru həbs edilə bilər

31-05-2013, 15:05
Oxunub: 6 485 Respublikada fəaliyyət göstərən bir cox tədris müəssisələrinə rəhbərlik hələ də vəzifəni icra edəcək şəxslərə qarşı irəli sürülən tələblərə qətiyyən cavab verməyən kadrlar tərəfindən həyata keçirilir. Bu vəziyyət isə son nəticədə təhsil sahəsində həyata keçirilən əsaslı dövlət islahatlarının reallaşmasını əngəlləyir. Məlum olduğu kimi bu gün ölkə Prezidenti, Azərbaycanda təhsilin qabaqcıl dünya standartları səviyyəsinə çıxarılmasını prioritet məsələ kimi xüsusi diqqət mərkəzində saxlayır. Təhsilin bir qolu olan peşə məktəbləri isə təhsil sahəsinin ayrılmaz və cox önəmli bir hissəsi olmaqla yanaşı, bu sahədə əldə olunan uğur və nailiyyətlər ümumilikdə iqtisadiyyatımızın inkişafina böyuk təkan verir. Peşə təhsili sistemində həyata kecirilən hər hansı dəyişikliklər ən qısa zamanda ictimai həyatımizın bir çox sahələrində öz təzahürünü tapır. Odur ki, həyata keçirilən islahatların son nəticələri konkret təhsil müəssisələrinə rəhbərlik edən kadrlarin həm şəxsi, həm də peşəkarlıq keyfiyyətləri ilə müəyyənləşir. Elə Sədi Qurbanovun şikayəti bu yönümlüdür.
Hörmətli redaksiya!
Sizə bildirmək istəyirəm ki, Beyləqan rayonunda demək olar ki, nəzarətdən kənarda qalmış, direktor və havadarları tərəfindən gənc nəslə peşə təhsili verən təhsil ocağı, hər cür iyrənc işlərin mərkəzinə cevrilmiş peşə məktəbi fəaliyyət göstərir. Bu məktəblə bağlı bəzi neqativ amillər təhsillə bağlı olan bir ziyalı kimi xeyli vaxtdır ki, məni dərindən düşündürür. Çox götür-qoy etdikdən sonra həmin peşə məktəbində mövcud olan bu halı ictimaiyyətə çatdırmaq üçün Sizə müraciət etmək qərarina gəldim. Sadəcə olaraq mən, vaxtilə ümummilli liderimiz tərəfindən təcrübə toplamaq üçün xarici ölkəyə göndərilən gənclər arasında olan bir şəxs kimi, bu sahədə təcrübəsi olan bir mütəxəssis kimi, bir alim kimi, bir ixtiraçi kimi, bir ziyalı kimi, Yeni Azərbaycan Partiyasının üzvü kimi, ulu öndərimizin irsi ilə qidalanan və Möhtərəm Prezidentimizin dövlətçilik siyasətini dəstəkləyən bir şəxs kimi bütün bu baş verənlərə biganə qala bilmədim. Çox vaxtınızı almadan adı çəkilən məktəbdə baş verən neqativ halların bəziləri haqqında söhbət açmaq istəyirəm:

1. 1.Beyləqan Peşə Məktəbinin şagirdlərinin təlim məşqi üçün nəzərdə tutulan, münbit, suvarılan 100 (yüz) hektar torpaq sahəsi var. Həmin torpaq sahəsində bir şagird belə təlim məşq üçün nə bir traktorun nə də bir kombaynın sükanı arxasında əyləşməyib. Bu torpaq sahəsi peşə məktəbinə dövlət tərəfindən o məqsədə ayrılıb ki, burada şagirdlər kənd təsərrüfatı texnikasını idarə etməyi, məhsul becərməyi və sair kimi aqrotexnoloji əməliyyat vərdişlərini özündə formalaşdıraraq bu peşəyə mükəmməl yiyələnsin. Lakin məktəb direktoru heç bir əsas olmadan ozünün şəxsi maraqları naminə bu torpağın istifadə təyinatını dəyişdirib. Təbii ki, öz marağı çərçivəsində həmin torpaq sahəsini qeyri qanuni olaraq rayonun müxtəlif sakinlərinə icarəyə vermiş və bununla bağlı əldə olunan vəsaitin taleyi məktəb direktorundan başqa heç kimə bəlli deyil. Onu da qeyd edim ki, burada az vəsaitdən söhbət getmir. Suvarılan torpağın hər hektarı ən azından 200 manatdan icarəyə verilir. 100 hektarı 200 manata vursaq 20 min manat vəsait əldə olunur. Onu da 25 ilə vursaq möhtəşəm bir rəqəm canlanır göz qarşısında. Çətin də olsa hər halda Nazim Məmmədov bu suala cavab vermək məcburiyyəti qarşısında qalacaq. Hələ bura, bu torpaqda təlim məşq üçün nəzərdə tutulan digər xərcləri də əlavə etsək, çətin ki, bu suala cavab tapmaq mümkün olsun. Bir az da dərinə getsək, demək lazımdır ki, bir neçə il qabaq məktəbin torpaq sahəsi 100 hektar deyil, 200 hektar olub. Xatırlayırsınızsa qabaqlar bu qədər torpaq sahəsi ilə bütöv bir kəndin əhalisinin yaşayışı təmin olunurdu. İndi siz de şahidi olursunuz ki, burda fantastik bir məbləğin mənimsənilməsindən söhbət gedir. Güman edirəm ki, hər halda bu amil aidiyyəti orqanların diqqətini cəlb edəcək.
2. 2.Siyahı üzrə 200-dən çox şagirdi olan məktəbə, cəmi 40-50 şagird gəlir. Dərsə gəlməyən şagirdlərin ödəmə kartlarındakı vəsaitin taleyi barədə məlumat məktəb direktorundan başqa heç kəsə məlum deyil. Təəccüblü məqamlardan biri də məktəbin şagirdlərinin siyahısında kənar rayonlardan və hətta iri şəhərlərdən olan şagirdlərin də adları var. Məktəbin yataqxanası işləmədiyi halda görəsən o şagirdlər yüzlərlə kilometr məsafəni necə gəlib gedirmişlər. Bu ayrı mövzunun söhbətidir, bunun üzərində gələn dəfə ətraflı dayanacam. Tədris ili başa çatmaq üzrədir. Nazim müəllim elə başa düşür ki, tədris ili başa çatmaqla bu əməlin izi itiriləcək. Amma narahatçılığa əsas yoxdur. Dərsə gəlməyən şagirdlərin bir çoxu ilə mənim söhbətim olub, onlar bu faktı təstiqləyib. Bundan əlavə Beyləqan rayonunda yerləşən Kapital bankın bankomatlarındakı lentler də bu faktı təstiqləmək üçün növbəsini gözləyir. Hər ayın axırı şagirdlərin təqaüdü verilən zaman Nazim müəllimin bu iş üzrə ixtisaslaşmış xüsusi “emissarları” şagirdlərin ödəmə kartlarını ciblərinə doldurub, gecə saat on, on bir radələrini uyğun bilərək “cumurlar” kapital bankın bankomatlarının canina. Əməliyyat başa çatdıqdan sonra toplanan vəsait direktorun kabinetinə gətirilir. Həmin gün Nazim müəllimin iş saatı gecə yarisına qədər uzanır.
3. 3.Siyahı üzrə 45-ə yaxın müəllim, təlim ustası, texniki işçi və s. olduğu halda, məktəbə cəmi onların 15-20-si gəlir. İşə gəlməyən işçilərin ödəmə kartlarındakı vəsaitin yönəldiyi istiqamət yalnız direktora bəllidi. Dərs jurnallarında işə gəlməyən müəllimlərin və digər işçilərin edəcəyi qeydiyyatlar kimin göstərişi ilə və kimlər tərəfindən edilir? Xətlər mütləq üzləşdirilərək yoxlanılmalıdır. Nazim müəllim nəzərinizə çatdırım ki, Siz nə qədər məxfiliyi gözləmək baxımından dərs jurnallarını bağlı qapı arxasında yazdırsanız da, bu fakt bir o qədər daha çox aşkarlanır. Çünki şagirdlər dərsə gəlməyən və üzlərini belə görmədiyi müəllimlərin əvəzinə jurnalda saxta qeydiyyatlar aparmaqdan boğaza yığılıblar.
4. 4.Məktəb direktoru korrupsiya haqqında qanunun maddəsinə məhəl qoymayaraq, yaxın qohumlarını ( həyat yoldaşı, baldızı, bibisi, qardaşının gəlini və sair) işə götürməklə onları da öz çirkin əməllərinin iştirakçısına çevirmişdir. Belə ki, korrupsiya haqqında qanunun 8-ci maddəsinə əsasən vəzifəli məmurun tabeçiliyində qohumlarının işləməsi yasaqdır. Görəsən hansı əsasla dövlət büdcəsindən maliyyələşən tədris ocağı “ailə ansamblına” çevrilmişdir? Biri qrupun rəhbəri, digəri isə məktəbin. “İşgüzar” birlik nəticəsində qrup dərsə gəlmir və qrupun ödəmə kartlarındakı vəsait hara yönəlir? Mən bu məqamı hələ ki, dərinləşdirmək istəmirəm. Amma məqamı gələndə hər şey açıqlanacaq. Dövlət büdcəsindən maliyyələşən tədris ocağını oyuncağa çevirmək hüququ heç kəsə verilə bilməz. Çünki, o büdcə biz sıravi vətəndaşların əmək haqqından damla-damla ödədiyimiz vergidən toplanır. Biz bu pulu Nazim Məmmədovun deyil, dövlətimizin təlabatının ödənilməsi üçün ödəyirik.
5. 5.Məktəbə alınan malların, materialların və avadanlıqların mövcudluğu xüsusi mövzunun söhbətidir. Alınanların dəyəri və mövcudluğu ilə ayrılan vəsaitin miqdarının müqayisəsi aparılmaqla yoxlanılsa, çox təəccübləndirici faktlar ortaya çıxacaq. (bu zaman guya qismən fəaliyyət gostərən yataqxana da nəzərə alınmalıdır).
6. 6.Bir sözlə Beyləqan Peşə Məktəbinin çoxillik maliyyə təsərrüfat fəaliyyəti çox ciddi şəkildə yoxlanılmasının zamanı çoxdan çatmışdır.
7. 7.Urəkağrıdıcı məqamlardan biri də məktəbin balansinda olan texnikanin, emalatxanasındakı avadanlıqlarin dağıdılması, kimlərəsə ucarəyə verilməsi bir sözlə nə yollasa aradan cixarilmasidir.
8. 8.Ən nəhayət, bunun dəyən maddi ziyanını bir tərəfə qoyub, mənəvi tərəfdən dəyən ziyana nəzər yetirsək, əsl faciənin orda olduğunu aydın şəkildə görə bilərik. Belə bir deyim var ki, hansı xalqı məhv etmək istəyirsənsə, onun elmini, təhsilini əlindən al, yetərlidir. Cünki bu bərpa olunmaz və dönməz bir prosesdir. Məktəbin direktoru Nazim Məmmədov Beyləqanda peşə təhsilinin “anasını rəsmən ağladaraq” , “kor nəsillər ordusu” yetişdirməkdə 25 illik müddət boyunca yetərincə fürsət tapmışdır. Görəsən o gənclərin və onların valideynlərinin günahı nədir?
Hörmətli redaksiya!

Adı çəkilən peşə məktəbində bu səpkidə neqativ hallar coxdu və mən onların hamısını sadalayıb Sizin vaxtınızı almaq istəmirəm. Fəaliyyəti qapalı sistem şəklinə salınmış bu məktəbdə vakant yerin olub olmamağını məktəb direktorundan başqa heç kəs bilmir. Bu məktəbə işçilər biliyinə, qabiliyyətinə və bacarığına görə deyil, direktorun özünün müəyyən etdiyi “ xüsusi meyarlar” əsasında qəbul edilir. Onu da qeyd edim ki, əgər bu gün bir nəfər savadlı, təcrübəli bir mütəxəssis həmin məktəbdə işləmək arzusunu bildirsə, həm məktəbdə həm də Təhsil Nazirliyinin müvafiq şöbəsində dərhal cavab verəcəklər, vakant yer olan kimi sizi böyük məmnumiyyətlə ora işə göturərik. Vakant yer isə demək olar ki, heç vaxt gostərilmir. Göstərilsə də əvvəlcə “sahibi” tapılır sonra göstərilir. Hörmətli şöbə müdiri və məktəb direktoru bəlkə özünüz açıqlayasınız son bir, iki ildə Beyləqan Peşə Məktəbinə testdən kənar neçə nəfər işçi qəbul edilib? Düzdür onlar testdən keçiblər, amma Nazim Məmmədov və onunla əlbir olanların “xüsusi test”indən keçməklə kifayətlənilib. Yüngül formada desək, budumu bizim təhsilimizin inkişaf perspektivləri? Görəsən xalqin övladlarini mənəvi “şikəst” etmək haqqını bunlara kim verib?
Məktəbin fəaliyyətinə cavabdeh olan Təhsil Nazirliyinin böyük günahını inkar etmək və danmaq mümkün deyil. Əgər belə deyilsə nə üçün 25 ildən çoxdur qeyri ixtisas sahibi, çirkin əməllərlə məşğul olaraq kollektivini “öz standartlarına uyğun” prinsip əsasında formalaşdıran bir şəxs hansı keyfiyyətlərinə görə indiyə qədər bu vəzifədə qorunub saxlanılıb? Maraqli orasıdır ki, məktəb direktorunun bu əməlləri, rayonun icra strukturunun və güc strukturlarının gözləri qarşısında baş verir və ona gözün üstündə qaşın var deyən belə yoxdur. Hesab edirəm ki, bu yazıdan sonra adı çəkilən strukturlarin müvafiq suallarına məktəb direktoru cavab vermək məcburiyyəti qarşısında qalacaq. Zənnimcə verilən suallar cox rəngarəng olacaq. Əlbəttə necə ola bilir ki, 180-200 manat civarında maaş alan məktəb direktoru Baki şəhərində oğluna son dəbdə təmirli bir ev, qızlarının hər birinə bir ev, oğluna və kürəkənlərinin hər birinə inomarka bir avtomobil, gəzən söhbətlərə görə Bakı şəhərində özünün obyekti (bu dəqiqləşdirilir), öz şəxsi inomarka avtomobili, yaşadığı evin yenidən ə Məktəb direktorunun uzun müddətdir bu vəzifədə qalmasının və dövlətin təhsil ocağını öz şəxsi maraqlarının girovuna cevrilməsinə nail olunmasında həm rayonun müvafiq icra strukturunun, həm də bilavasitə mzəmətli tikintisinə başlaması və sair kimi ağır çəkili problemlərin öhtəsindən məharətlə gələ bilib. Yəqin ki, məktəb direktoruna verilən suallar sırasında bu sadalananlar da öz əksini tapacaq.
Hörmətli redaksiya!
Nəzərinizə çatdırım ki, 08 fevral 2013-cü il tarixdə hazırladığım məlumatı bu sahəyə bilavasitə rəhbərlik edən Təhsil Nazirliyinin texniki peşə şöbəsinin müdiri cənab Namiq Məmmədova çatdırmışam (qəbulunda olub bu məlumatı ona təqdim etmişəm, o da ozü oxuyub tanış olub). Məlumatla bağlı əməli tədbir görmək əvəzinə, Namiq müəllimin susmağa üstünlük verməsi mənim üçün çox təəccüblüdür. Sirr deyil ki, Təhsil Nazirliyi hər il məktəblədə müvafiq yoxlamalar aparır, buraxılış imtahan komissiyasının tərkibini Təhsil Nazirliyi müəyyənləşdirir, onda necə ola bilər ki, peşə təhsilinə bilavasitə rəhbərlik edən, peşə təhsili şöbəsinin müdiri Namiq müəllim tabeçiliyində olan bu məktəbdə gedən neqativ proseslərdən xəbərsiz olub? Mən bu barədə Namiq müəllimi məlumatlandırandan sonra da hec nə dəyişməyib.
Hər kəsə yaxşı bəllidir ki, dövlət büdcəsindən ayrılan vəsait peşə məktəbinin mövcud olması üçün deyil, peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılır. Çox düzgün olaraq bu gün vurğulanır ki, peşə məktəblərinin nüfuzunu bərpa etmək və səmərəliliyini artırmaq lazımdır. Doğrudur bu deyimi yalnız fəaliyyətini düzgun quran peşə məktəblərinə şamil etmək olar. Əgər Beyləqan Peşə Məktəbinin uyğun ixtisasını bitirmiş məzun kənd təsərrüfatı maşınlarında sadə aqreqatların funksiyalarıni bilməkdə və maşında onların yerlərini tapmaqda çətinlik çəkirsə, bu məktəbdə hansı səmərənin əldə edilməsindən və ya hansı nüfuzun geri qaytarılmasından söhbət gedə bilər?!
Hörmətli Nazim müəllim, səmərəni artirmaq və nüfuzu geri qaytarmaq üçün cadugarların, falabaxanların yanına qaçmaq lazım deyil. Ola bilsin hörmətli oxucular nə demək istədiyimi anlamadı amma Siz məni çox gözəl başa düşdünüz. Bu saglam məntiqə sığmayan bir anlamdır. İyirmi birinci əsrdir, dünya xalqları kosmosda yeni elmi nailiyyətlər axtarışında olduğu zaman, Şeyx Nəsrullalarin zührünə meyillənmək lazım deyil, bu utanc gətirən bir şeydi. Siz Rusiyanın, Ukraynanın peşə məktəblərindən heç olmasa birində olmusunuzmu? Olmamısınız. Əslində Sizin problemlərinizin əsası buradan başlayır. Görüb götürmək lazımdı. Siz hətta təsəvvür belə etmirsiniz ki, normal peşə məktəbi necə olmalıdı? Buna nə ixtisasınız imkan vermir, nə də ölkədən kənar heç bir iş təcrübəniz yoxdur. Üç, dörd təmirli otaqda (o da müəllimlərin maaşı hesabına) beş, altı plakat asıb, pafoslu danışmaqla iş bitmir. Buna deyirlər gözə kül üfürmək. Yadınıza gəlirsə bir dəfə bunları bizə göstərmişdiniz. Məlumatınız olsun ki, gələn qonaqlar birinci növbədə məktəbinizdəki şagirdlərin peşə təhsilinin səviyyəsini görmək istəyirlər. Çünki, təhsil ocağının yeganə meyarı budur. Hazırkı fəaliyyətiniz müstəvisindən baxsaq, təsəvvür etmək çətin deyil ki, Sizin məktəbin məzunları peşə və təhsil baxımından hansı acınacaqlı səviyyədədirlər.

Hörmətli redaksiya!
Məktəb direktoru Nazim Məmmədov məktəbdə şagirdlərin, müəllimlərin və digər texniki işçilərin normal davamiyyətini təmin etmək əvəzinə, tədris ocağında tədrisi lazımi səviyyəyə çatdirmaq əvəzinə, ümumiyyətlə fəaliyyətini günün tələblərinə uyğun qurmaq əvəzinə, hər yerdə çəkinmədən nümayişkarcasına bəyan edir ki, mənə heç kim heç nə edə bilməz, çünki məni şəxsən nazir özü dəstəkləyir. (sabiq nazir nəzərdə tutulur). Bəlkə elə onun nəticəsidir ki, sabiq nazirə bu barədə dəfələrlə yazılmasina baxmayaraq, Nazim Məmmədov öz yerini kreslosunda daha da möhkəmləndirmişdir. Bu fakt özü özlüyündə Beyləqan camaatı üçün təhqir kimi qəbul edilə bilər. Belə çıxır ki, Beyləqan rayonunda bu tarix müəllimindən başqa bir uyğun kadr yoxdur ki, peşə məktəbinə rəhbər təyin edilsin. Nəzərinizə çatdırım ki, Beyləqan rayonu kifayət qədər güclü kadr potensialına malik rayonlardan biridir.

Son olaraq bildirirəm ki, Beyləqan Peşə Məktəbində baş verən belə özbaşınalıq xüsusilə rayon yerlərində sosial gərginliklərə yol açan amillərdəndir ki, hesab edirəm bu da yol verilməzdir və xeyirxah niyyətlərə xidmət etmir. Düşünürəm ki, Beyləqan Peşə Məktəbinin çoxillik maliyyə təsərrüfat fəaliyyəti çox ciddi şəkildə yoxlanılacaq və müvafiq tədbir görüləcək.
Hörmətlə: Beyləqan rayon sakini Sədi Qurban oğlu İsmayılov

Hörmətli oxucular növbəti yazımda Azerinews.tv-ə daxil olan şok məlumatlarla tanış ola biləcəksiniz
üəllimlə
-Dərsə gəlməyən şagirdlərin ödəmə kartlari kimin evində saxlanılır və hansı müəllimlər bankomatlardan pulları çıxarır?
-Məktəbə qəbul zamanı şagirdlərdən nə qədər rüşvət alınır və bu rüşvəti kim alır?
-Testdən keçməyərək işləyən müəllim və digər işçilər kimlərdi?
-Şagirdlərin üzünü görmədiyi, adı olub özü olmayan müəllim və digər işçilər kimlərdi?
-Məktəbin yolunu belə tanımayan, xüsusilə kənar rayon və şəhərlərdən olan şagirdlər kimlərdi?
-Məktəbin balansında olan texnika və avadanlıqlar necə talan edilib?
Bütün bu problemlərlə bağlı Nazim müəllimlə telefon əlaqəsi saxlayaraq mövqeyin öyrəndik. Nazim müəllim isə mövqeyini özünə məxsus şəkildə bildirdi." Məni rəhbəri olduğum məktəbdə ciddi yoxlamalar gedir əgər həbs olunmasam və yaxud işimi itirməsəm mövqeyimi bildirərəm"...Onuda qeyd edək ki, Nazim Məmmədov sabiq nazir Misir Mərdanovun ən istəkli kadırlarından biridir. Görəsən təzə nazir Mikayıl Cabbarov hadisələrin bu cür gedişinə necə münasibət bildirəcək?!
azerinevs