Qəza törətməyə hazırlaşan sürücülərə bəd xəbər
30-04-2011, 17:15
Oxunub: 7 163
Azərbaycanda nəqliyyat qəzaları yaradan sürücülərin vəziyyəti bundan belə ağır olacaq.
Bununla bağlı cinayət məsuliyyəti yaradan maddənin sanksiyasında dəyişiklik ediləcək. Hazırda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklərdə nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına vurulan zərərin ağırlıq dərəcəsinə görə sanksiyalar sərtləşdirilib.
Dəyişikliyə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda (263.1-ci maddə) 2 ilədək müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 5 min manatdan 7 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Hazırda qüvvədə olan məcəlləyə görə isə, bu maddənin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub və bu cəza həm az ağır, həm də ağır zərər vurulması zamanı tətbiq olunur. Təklif olunan dəyişikliyə görə, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qanun layihəsi Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər