Sabiq prezident və xanımına xüsusi imtiyazlar verildi
1-06-2013, 20:20
Oxunub: 5 427
Milli Məclisin yaz sessiyasının son plenar iclasında Azərbaycanın keçmiş Prezidenti və həyat yoldaşına bir sıra xüsusi imtiyazlar, o cümlədən xüsusi diplomatik status verilməsi məzəsələsi müzakirəyə çıxarılıb.
Bununla bağlı "İcra haqqında" və "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Əmək pensiyaları haqqında", "Milli arxiv fondu haqqında", Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Sosial müavinətlər haqqında" qanunda əlavə və dəyişikliklər edilib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, "İcra haqqında" qanunun 68-ci maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycanın keçmiş Prezidenti və onun həyat yoldaşına ayrılmış pensiyaya, sosial müavinətə qarşı mülki tələb yönəldilə bilməz. Yəni, məhkəmələr onların pensiyalarına, onlar üçün ayrılan sosial müavinətlərə qarşı hər hansı borc tələbi, vurulan ziyanın ödənilməsi ilə bağlı tələb və s. bu kimi tələbləri yönəldə bilməyəcəklər.
Azərbaycanın keçmiş Prezidenti hazırda qanunvericilikdə edilən son dəyişiklikdən sonra hazırkı Prezident məvacibinin yarısı qədər - 7500 manat pensiya alır.
"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunun 6-cı maddəsinin beşinci hissəsinə edilən dəyişikliyə əsasən isə Azərbaycan Respublikası Prezidentinə verildiyi kimi, keçmiş prezidentə və onun həyat yoldaşına da ömürlük diplomatik pasport veriləcək, bununla onlar da xüsusi diplomatik statusa malik olacaqlar. Buna görə dövlət rüsumu da tutulmayacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər