BolgeXeber.Com » Gündəm » Samux RPŞ-nin rəis əvəzi baş redaktoru hədələyib

Samux RPŞ-nin rəis əvəzi baş redaktoru hədələyib

3-06-2013, 10:40
Oxunub: 6 503 Oxucuların nəzərinə çatdıraq ki, mayın 29-u, Samux RPŞ-nin rəisi Akif Nəbiyevlə Eldar Şamı Dövlət Təbiət Qoruğunun icraçı direktoru Elşad Hüseynov arasında baş verən olay barəsində"“Qırmızı kitab”la hesablaşmayan ov xəstəsi olan rəis" adlı məqalə dərc etmişdik. Samux RPŞ-nin rəisi Akif Nəbiyev İngiltərədə istirahətdə olduğuna görə,onu əvəz edən 1-ci muavini Babək Sadıxov yazıya reaksiya verərək baş redaktor Mahmud Rasimoğlu ilə telefon əlaqəsi saxlamışdır.
Həmin yazıda biz rəis Akif Nəbiyevin özünü ingilis lordlarına oxşatmaq istədiyini də qeyd etmişdik. Əslində onun İngiltərədə istirahət etməsi xəbəri bizim yazımızın obyektivliyini təsdiq etdi.Belə çıxır ki,həqiqətən də yalnız İngiltərədə istirahət edən rəis,özünü lordlara bənzədib qaban ovunun eşqində ola bilər. Özünü rəis əvəzi kimi təqdim edib və radaktoru şantaj etməyə başlayan Babək adlı şəxsin, ilk sözü o oldu ki,”Görün biz sizin başınıza nə oyun açacayıq.Yazıda DİN-nin muavininin şəklinin verilməsi sizə çox baha başa gələcək!”.
Qafqazregion.az bildirir ki,Mahmud Rasimoğlu isə Babək Sadıxova cavabında bildirib ki, yaxşı olar ki, rəisi əvəz edən,həmçinin RPŞ-nin əməliyyat üzrə muavini olan polis zabiti gedib rayondakı açlmamış cinayətləri açsın, ərazidə cinayətkarlıqla mubarizə aparsın,bir sözlə öz öhdəsinə düşən dövlət işi ilə məşğul olsun. Sual olunur, hörmətli Babək müəllim, axı sizə kim “səlahiyyət” verib ki, baş redaktoru şantaj edəsiniz və azad mətbuatın işinə müdaxilə edəsiniz?!
Babək müəllimin nəzərinə çatdıraq ki,məsələyə münasibət bildirmək üçün xüsusi qurum, DİN-nin mətbuat xidməti var.Lakin baş redaktorun haqlı cavabı rəis əvəzini daha da əsəbləşdirib və o Mahmud Rasimoğluna bildirib ki, “Samux rayonunun ərazisi böyükdür və rəis də bu səbəbdən ərazini gəzəndə elə ovu da orada edir…Burda nə qəbahət var ki?!”. Bir sözlə rəis əvəzi bu cavabla rəisin ov xəstəsi olduğunu bir daha təsdiqləyib. Hələ üstəlik Mahmud Rasimoğluya da bildirib ki,güya Mahmud Rasimoğlunun keçmişini “qurdalayıb və Rasimoğlunun Cəbhənin hakimiyyəti dövründə guya polis rəisi olduğu üzə çıxıb. Rasimoğlu da rəis əvəziyə cavab olaraq bildirib ki,elə necə araşdırma aparırsınız,elə ,elə də ərazidə cinayətkarlıqla mübarizə aparırsınız. Birincisi ,Babək Sadıxova onu bildirək ki,biz ümumiyyətlə kiminsə ,o cümlədən rəisin ov həvəskarı olmasına etirazımız yoxdur.
Sadəcə olaraq bunun qanunsuz tərəfini tənqid edirik. Sonra da nəzərinizə çatdıraq Xalq Cəbhəsi hakimiyyətdə olanda baş redaktorun 14 yaşı olub.Hər halda bu fakt hər şeyi özü-özünə deyir. Bundan başqa bu cür məntiqlə belə çıxır ki, Xalq Cəbhəsi dövründə öz vəzifə borclarını yerinə yetirən bütün polis işçiləri düşmən sayılmalıdır?!
Onu da bildirək ki, Samux RPŞ-nin rəis əvəzi Babək Sadıxovun ona qarşı etdiyi hədə-qorxuya,şantaja görə baş redaktor yaxın zamanlarda cənab nazir Ramil Usubova müraciət etməyə hazırlaşır.Amma yaxşı olardı ki, DİN-in əməkdaşları Samux RPŞ-nə ezam olunardılar və elə yerindəcə vətandaşlarla söhbət edib, ovçu rəisin əməllərindən yerli camaatın nələr çəkməsini aşkar edərdilər. Qeyd edək ki,bu yazı dərc olunanda redaksiyaya mövzu ilə bağlı yeni məlumat daxil oldu.Məlumatda deyilir ki,bizim yazdığımız məqaləyə görə,Samux RPŞ-nin rəisi Akif Nəbiyev məzuniyyətdən təcili geri çağırılıb və saytda qedən yazı ilə bağlı DİN-də ondan izahat tələb olunub. Gələn yazımızda bu məlumata da geniş yer ayıracayıq…
Bu yazı dərc olunanda mötəbər mənbədən bizə mövzu ilə yeni məlumat daxil oldu.Mənbədən daxil olan məlumatda bildirilir ki, Akif Nəbiyev Samuxa rəis təyin olunmazdan əvvəl,Bakının Yasamal RPİ-nin 27-ci polis bölməsində uzun illər rəisi işləyib. Deyilənə görə Bakıda işlədiyi müddətdə o dəfələrlə dayısı, Daxili İşlər nazirinin müavini polis general-leytenantı Əsgər Ələkbərovdan xahiş edib ki, onu ayrıca, Azərbaycanın hansısa bir rayonuna polis rəisi təyin etsin. Ancaq görünür dayı bacı oğlunun xasiyyətinə “yaxşı” bələd olduğundan, onun böyük məsuliyyət və peşəkarlıq tələb edən vəzifəyə təyin olunmasını məsləhət bilməyib.
Deyilənə görə bundan küsən Akif Nəbiyev hətta 1 ay işə çıxmayıb və daxili işlər orqanlarından xaric olunmaq istəməsi haqda rəhbərliyinə raport da yazıb.Amma sonradan hansısa səbəblərdən Samux RPŞ-nin rəisi vəzifəsinə təyin olunub. Oxucuların nəzərinə çatdıraq ki, Akif Nəbiyevdən əvvəl Samux RPŞ-nin rəisi vəzifəsində DİN-də böyük hörmətə və nüfuza malik olan Cavad Şıxaliyev,İlham Hüseynov,Şamil Ömərov,Mubariz Quliyev kimi rəislər işləyib.Ancaq onlar Samuxda Akif Nəbiyev kimi hansısa qınanılası əməllər etmədiyindən, mətbuat təbii ki, onlardan tənqidi yazılar yazmayıb. Bir sözlə onlar indiki rəis kimi“ov xəstəliyi”nə tutulmayıblar və rayonda yalnız ictimai əsayişin qorunmasını ,cinayətkarlıqla mubarizə aparmağı düşünüblər…
Hələlik bu qədər ,ancaq mövzunu davam etdirəcəyik. Samux RPŞ-nin rəisi Akif Nəbiyevin ov məcaraları haqda növbəti yazılarımızı izləyin...
Qafqazregion.az