BolgeXeber.Com » Gündəm » İcra başçısı həbsindən əvvəl “əliəyriləri” belə asıb-kəsirdi - VİDEO

İcra başçısı həbsindən əvvəl “əliəyriləri” belə asıb-kəsirdi - VİDEO

21-08-2020, 11:00
Oxunub: 5 529 Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmir Rayon İcra Hakimiyyətində əməliyyatı nəticəsində həbs edilən icra başçısı Ceyhun Cəfərov bu yaxınlarda yerli məmurlardan ədalətli, vicdanlı olmağı tələb edirmiş.
Beləki, keçmiş icra başçısı mayın 2-də işçiləri ilə keçirdiyi onlayn müşavirədə onları cinayətə yol verməməyə, qanunları rəhbər tutmağa səsləyib.
Youtube şəbəkəsinə yerləşdirilən videodan görünür ki, toplantı Dövlət Təhlükəsizliyi Xidmətinin Biləsuvar İcra Hakimiyyətində keçirdiyi əməliyyatdan bir neçə gün sonra keçirilib. C.Cəfərov yerli məmurları dövlət tərəfindən, eyni zamanda Heydər Əliyev Fondu və imkanlı şəxslərin aztəminatlı vətəndaşlara göndərdikləri yardıma göz dikməməyə çağırıb. “Belə şəxslər – icra başçısından tutmuş yerli məmurlara, digər şəxslərə qədər, ən ağır cəzaya məhkum olunmalıdırlar”, - keçmiş icra başçısı çıxışında deyib.

Xatırladaq ki. Avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Nəticədə Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov barəsində həbs qətimkan tədbiri seçilib. C. Cəfərov istintaqa ifadəsində yol verdiyi korrupsiya cinayətlərini etiraf edib.
“AzPolitika.info”