BolgeXeber.Com » Gündəm » 3 Saylı Şəhər Klinik Xəstəxanasının baş həkiminin general qardaşına söykənən ÖZƏL QANUNLARI

3 Saylı Şəhər Klinik Xəstəxanasının baş həkiminin general qardaşına söykənən ÖZƏL QANUNLARI

23-08-2020, 21:41
Oxunub: 5 074 Hər kəsin Sabunçu Xəstəxanası kimi tanıdığı 3 Saylı Şəhər Klinik Xəstəxanası korrupsiya yuvalarından biri hesab edilir.
İxa.az-ın məlumatına görə, xəstəxana rəhbərliyi elektrik işlərinin çəkilişini Səhiyyə Naziri Oqtay Şirəliyevin kurasiyasında olan "TURQAY" MMC-ə həvalə edib. Bu məqsədlə sözügedən şirkətə 9602 AZN pul ödənilib.
Nəzərinizə çatdırım ki, "TURQAY" MMC 2018-ci ildə Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisini həyata keçirdib. Nazirlik tərəfindən bu məqsədlə 11933560.69 AZN vəsait ayrılıb.
Şirkətin qanuni təmsilçisi Rafət Orucovdur. Onun bu günə olan vergi borcu 246272,11 AZN təşkil edir.
Verilən məlumata görə, TURQAY MMC-in dövlət büdcəsinə 4 milyard 797,7 milyon manat vergi borcu olması səbəbindən şirkətin təsisçisi ABBASOV TAMERLAN YƏYHA OĞLU cinayət məcəlləsinin 213.4-cü maddəsi ilə 43 epizod üzrə təqsirli bilinərək Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 1 il 6 ay azadlıqdan məhrum edilib. Lakin o, qısa müddət sonra azadlığa çıxmağa nail oldu.
Bildirək  ki, xəstəxananın baş həkimi Fikrət Zeynalov Baş Dövlət Yol Polisi İdarəsini rəisi Ramiz Zeynalovun qardaşıdır. Bu səbəbdən də general qardaşına kürəyini söykəyən baş həkim qardaş Sabunçu Xəstəxanasında doğuşun "qiyməti” 600 -dən  1500 manata qaldırıb.Həkim və tibb bacılarına müəssisənin dövlətə aid olduğunu, xidmətin, dərman preparatlarının pulsuz olmalı olduğunu deyəndə isə gülərək insanlardan ironiya ilə harada yaşadıqlarını soruşub bu xəstəxananın adının dövlət xəstəxanası olduğunu deyirlər. 
Onuda qeyd edək ki,Sabunçu 3 Saylı Şəhər Klinik xəstəxanası cari ildən TƏBİB-in tabeliyində verilib.