Nəqliyyat Nazirliyinin “qoçu”larının növbəti özbaşnalığı
4-06-2013, 09:50
Oxunub: 5 355
Nəqliyyat Nazirliyinin “qoçu”ları sürücünün hamının gözü qarşısında döyüblər
Vidadi İsgəndərli: “Bu nəqliyyat naziri Ziya Məmmədovun “qoçu”larının ilk cinayəti deyil”
Səbayel rayonu ərazisində Nəqliyyat Nazirliyinin 4 əməkdaşı taksi sürücüsünü vəhşicəsinə döyüblər. Bu barədə “Demokratiyanın Müdafiəsinə Kömək” İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Vidadi İsgəndərli məlumat verib:“Mənə Cəbrayıl köçkünü Rüstəmov Rövşən Abbas oğlunun yaxınları müraciət ediblər. 1 saat əvvəl(iyunun 3-ü 21:30 radələrində- E.M) Rövşənin idarə etdiyi “Mersedes” markalı, Az 10 OZ 029 nömrə nişanlı maşını saxlayan Nəqliyyat Nazirliyinin Departament işçiləri keçmiş “Lenin” muzeyinin yaxınlığında saxlayıblar. Sürücünü hamının gözü qarşısında döyüblər, qabırğasını sındırıblar. Hazırda Rövşən Rüstəmov Səbayel Rayon Polis İdarəsinin 39-cu polis bölməsindədir. Onun üst-başı cırılıb, paltarları qan içindədir”.
V.İsgəndərli bildirib ki, məlumatı alandan sonra məsələni araşdıran polis bölməsinin təhqiqatçısı ilə danışıb: “Toğrul adlı təhqiqatçı dedi ki, məsələni araşdıracaqlar. Xahiş etdim ki, Rövşənə ekspertizaya təyinat versin. Bu nəqliyyat naziri Ziya Məmmədovun “qoçu”larının ilk cinayəti deyil. Hüquq mühafizə orqanları Nəqliyyat Departamenti işçilərinin törətdiyi yüzlərlə cinayəti araşdırmaqda acizdirlər. Ona görə də onlar cinayət törətməkdən, vətəndaşları küçənin ortasında, hamının gözü qarşısında döyməkdən, şikəst eləməkdən çəkinmirlər. Rövşənin ağzı-burnu qan içindədir. Polisin nəqliyyat nazirinin “qoçu”larının tutulması üçün axtarış verəcəyinə ümid edirəm”.
V.İsgəndərli döyülən sürücünün hüquqlarını müdafiə edəcəyini bildirib.
müsavat.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər